C&S Group

Kadrların uçotu

Kadrlar uçotunun qurulması. Kadrlar uçotuna dair sənədlər.

CSGroup

HR xidməti şirkətinizin sütunudur!

 

Şirkətlərin uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri də kadr uçotunun qurulmasıdır. Bir çox şirkətlərdə, xüsusilə də xarici vətəndaşların işlədiyi şirkətlərdə cərimə halları meydana gəlir ki, bu da şirkət rəhbərlərinin kadr uçotunun qurulmasının və aparılmasının zəruriliyini lazımınca qiymətləndirilməməsinin nəticəsidir. Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin işində istifadə olunmur, eyni zamanda əmək haqqının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var.

 

Şirkətdə kadr kargüzarlığının qurulması şirkətin iş spesifikası nəzərə alınmaqla, hər bir işə götürülən əməkdaşın mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması və rəsmiləşdirilməsindən ibarətdir.

 

Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı sahəsində dərin bilikləri olan mütəxəssisləri şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edir:

 

-Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;

 

-Əməkdaşların şəxsi işlərinin yaradılması;

 

- Xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (Əmr və digər sənədlərin yazılması);

 

- İcbarı Sığorta əməliyyatların icrası;

 

- İşçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;

 

- İşçilərin əmək kitabçaların yazılması;

 

- əmək müqavilələrinin,

 

- əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;

 

-  lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib hazırlanması;

 

-  ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;

 

- şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);

 

- işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;

 

- əmək kitabçalarının tərtib edilməsi və doldurulması;

 

- işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi;

 

- işçilərin şəxsi işlərinin formalaşdırılması;

 

- kadr sənədləri ilə iş üzrə məsləhətlər;

 

- Şirkətin bütün kargüzarlıq sənədlərinin hazırlanması;

 

-  Tələb olunan kadr prosesləri üzrə proseduraların yazılması;

 

- Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması:

 

- kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;

 

- müəssisə və təşkilatın işçi heyətinin əmək potensialının məqsəd və hədəflərə yönəldilməsi və s.

 

 

 

Bu xidmət sahəmiz yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər, yaxud ümumiyyətlə kadr kargüzarlığı aparılmayan şikətlər üçün aktualdır.

bt_bb_section_bottom_section_coverage_image
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın