1. Hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və dövlət qeydiyyatına alınması üzrə xidmətlər:
- hüquqi şəxslərin (xarici hüquqi şəxslərin), onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
- təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
- nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi;
- hüquqi şəxsin yenidən təşkili;
- hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması və s.
2. Alqı satqı müqaviləsi, icarə müqaviləsi, etibarnamələrin və digər sənəd formalarının hazırlanması;
Vergi münasibətləri;
- Fəaliyyətinizə və gəlirlərinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;
- Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;
- Azərbaycan Respublikasında vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada mübahisələndirilməsi;
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- Həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həlli;
Əmək hüquq münasibətləri üzrə:
- əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
- əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
- kollektiv müqavilə və sazişin hazırlanması və zəruri məsləhət, rəylərin verilməsi;
- əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
- işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimləməsində hüquqi xidmətlərin göstərilməsi;
- əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
- müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi ;
- əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
- işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
- əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
- kollektiv əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
- fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
- əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.