Öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmətlər!
Maliyyə konsaltinqi:
Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;
Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;
Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;
Müəssisələrə cari abonent xidmətləri;
Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi.
Hüquqi konsaltinq:
Hüquqi məsələlərə dair (vergi, mülki, əmlak, sosial sığorta, əmək məsələləri daxil olmaqla);
Şirkətlərin hüquqi yoxlanması və daxili sənədləşmələrin (müqavilələrin) və s.nizama salınması;
Xidmətlərimizdən istifadə edən şirkətlərin digər şirkətlər, dövlət (Dövlət Sosial Müdafiə Fondu, Vergi Orqanları, Statistika Komitəsi, İşəgötürmə Fondu və s.) və qeyri-hökumət təşkilatları və müvafiq məhkəmə orqanları qarşısında hüquqlarının qorunması;
Müvafiq məhkəmə orqanlarında vergi mübahisələrinə dair iddialar;
Hüquqi şəxslərin qeydiyyatı; (ƏDV qeydiyyatı və bank hesabının açılması);
Layihə və işlərə dair hüquqi dəstək; (icarə müqaviləsinin hazırlanması və yoxlanılması, kodun alınması və kassa aparatının qeydiyyatı);
Hüquqi şəxsin fəaliyyətinin dondurulması yə ləğvi.
İnsan Resursları konsaltinq:
AR Əmək Məcəlləsinə uyğun olaraq işçilər ilə əmək müqaviləsinin bağlanması;
İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;
İşəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;
Əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;
İşçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);
İşçilərin sosial sığorta olunmasını təmin etmək;
İşçilərin əmək kitabçaları ilə təmin edilməsi;
Əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;
Qadınların, yaşı 18-dən az olan işçilərin hüquqlarının təmin edilməsi;
Əlil şəxslərin hüquqlarının təmin edilməsi;
İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin icbari sığorta ilə təmin edilməsi;
Zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;
Bütün statistik hesabatların tərtib eidlməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi.