Vergi yoxlamaları zamanı təmsilçilik

19.08.2026C&S Group 12

 

Vergi ödəyicilərinin vergi orqanları tərəfindən yoxlanması kameral və səyyar yoxlamarla həyata keçirilir. Kameral vergi yoxlamaları müəssisəyə getmədən vergi orqanının məlumat bazasında olan sənədlər və  məlumatlar əsasında aparılır. Səyyar vergi yoxlamaları Dövlət Vergi Xidməti Orqanlarının qərarı əsasnda növbəli və ya növbədənkənar olmaqla aparılır. Vergi yoxlamaları zamanı vergidən yayınma halları, vergi öhdəliklərinin hesablanmasının düzgünlüyü, uçotun qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması yoxlanılır.

Vergi yoxlamalarına dəstək, vergi yoxlamasının hər bir prosessual mərhələsində vergi ödəyicisinə məsləhət dəstəyi, sənədləşmə işində köməklik, vergi orqanları ilə yazışmalar və vergi ödəyicisinin maraqlarının vergi orqanında təmsil olunmasıdır.

Vergi yoxlamalarında dəstək nə zaman vacibdir?

- vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda (səyyar vergi yoxlaması, mürəkkəb prosedurdur və əksər hallarda əlavə vergi məbləğlərinin hesablanmasına yönəlikdir);

- kameral vergi yoxlamaları zamanı.

Vergi yoxlamaları zamanı bizim şirkətlə əməkdaşlıq zamanı hansı üstünlükləri qazanırsınız?

-mütəxəssislərimiz vergi orqanları ilə ünsiyyətdə yüksək təcrübəyə malik olub, vergi orqanları ilə bağlı prosedurları, onların səlahiyyət həddini, maddi və prosessual vergi qanunvericiliyini yaxşı bilir;

-vergi orqanlarının tələbi ilə sənədlərin təqdim edilmə müddəti kifayət qədər qısa olduğundan, biz bütün sənədlərin mümkün qədər tez və bütün qanuni tələblərə uyğun hazırlanmasını təmin edirik;

-ixtisaslı mütəxəssislərin cəlb edilməsi sizə ən az risk və maddi itki ilə vergi yoxlaması keçirməyə imkan verir.

Şirkət maraqlarınızın qorunmasını bizə etibar edə bilərsiniz! 

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın