Müştərilərimizə təklif etdiyimiz vergi xidməti və hüquq məsləhətləri ilə mövcud qanunvericiliyə uyğun vergi öhdəliklərini optimallaşdırmaq və mübahisə yarandığı zaman vergi və digər dövlət orqanları ilə effektiv həll yolları tapmaq məqsədilə dolğun vergi və hüquq xidmətləri təqdim edirik. Bizim müfəssəl vergi və hüquq xidmətləri sizin işgüzar strategiyalarınızın və məqsədlərinizin kontekstində vergi və hüquqi problemlərinizi həll etməyə kömək edəcək. Əməkdaşlarımız müştərilərimizi vergi və hüquq sahəsində əhəmiyyətli dəyişikliklər barədə daimi olaraq məlumatlı saxlayır və bundan ötrü müntəzəm vergi və hüquq yeniliklərini hazırlayır.
Bizim mühasibatlıq, vergi və hüquq məsləhəti xidmətlərimiz aşağıdakılardan ibarətdir:
-maliyyə-mühasibatlıq, vergi qanunvericiliyi və şəffaf uçot sisteminin qurulması üzrə konsultasiyaların verilməsi;
-aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Məşqulluq idarəsinə təqdim edilməsi;
-maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət - zərər hesabatları);
-bank hesablarının açılması, ödəniş tapşırıqlarının tərtib olunması, bank köçürmələrinin aparılması, korparativ kart sifarişi, internet banking üçün müraciət və lazımı sənədlərin hazırlanması, ödəmələrin nəzarətdə saxlanılması, pos terminal üçün lazımı sənədlərin hazırlanıb banka təqdim olunması;
-malların və xidmətlərin elektron qaydada yığılması;
-VHF-nın tərtib olunması və göndərilməsi;
-qaimə fakturaların yazılması;
-vergidən gələn məktubların cavablandırılması;
-kassa sənədlərinin hazırlanması;
-aylıq mal qalığı, hesab qalığı və debitor kreditor məlumatların verilməsi;
-hər bir mal üçün maya dəyərinin hazırlanması;
-Elektron Hökümət portalından məlumatların götürülməsi, YGB-nin nəzarəti;
-sifarişçinin əməkdaşlıq etdiyi şirkət və sahibkar fiziki şəxslərlə aralarında bağlanacaq müqavilələrin tərtib olunması, mühasibatlığa aid işlərin aparılması;
-müqavilələrin tərtib olunması (alqı-satqı müqaviləsi, icarə müqaviləsi və xidməti müqavilələr);
-kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
-pos terminalın qeydiyyata salınması və s.