Şirkətimiz, müştərilərimizə vergi uçotu sahəsində peşəkar xidmətlər göstərir və onların vergi öhdəliklərinin düzgün, vaxtında yerinə yetirilməsini təmin edir. Vergi uçotu xidmətlərimiz çərçivəsində vergi bəyannamələrinin hazırlanması, vergi risklərinin qiymətləndirilməsi və optimallaşdırılması, eləcə də vergi qanunvericiliyinə uyğun fəaliyyətin təşkili üzrə məsləhət xidməti təklif edirik. Müştərilərimizin vergi məsələlərini asanlaşdırmaq və potensial cərimələrdən qorumaq üçün onların vergi uçotunun dəqiq və şəffaf şəkildə aparılmasını təmin edirik. Bu sahədə təklif etdiyimiz xidmətlərə daxildir:
-vergi qanunvericiliyinə uyğun olaraq uçotun təşkili;
-vergi hesabatlarının hazırlanması;
-məcburi dövlət sosial sığorta və statistika hesabatlarının hazırlanması;
-vergi hesablamalarının optimallaşdırılması üzrə məsləhət;
-əmək haqqının hesablanması;
-vergi yoxlamalarının müşayiət edilməsi;
-müəssisə maraqlarının dövlət orqanlarında təmsil edilməsi.