Vergi münasibətləri

19.03.2026C&S Group 91

 

Vergi münasibətləri dövlət və vergi ödəyicisi arasında maliyyə öhdəliklərinin düzgün və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsini təmin edir. Düzgün qurulmuş vergi münasibətləri biznes fəaliyyətinin şəffaf aparılmasına, maliyyə risklərinin və cərimələrin qarşısının alınmasına kömək edir.

Vergi münasibətləri xidmətləri əhatə edir:

-vergi qanunvericiliyi ilə müəyyən edilmiş aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi;

-vergi qeydiyyatı, uçot və qeydiyyatın ləğvi üçün müraciətlərin hazırlanması (VÖEN-in alınması, bağlanması, nəzarət kassa aparatı, obyekt kodu və s.);

-fəaliyyətinizə və gəlirinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;

-vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;

-vergi orqanı tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyalarının məhkəmə və inzibati qaydada həllində kömək;

-həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həllində kömək.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın