Uyğunluq auditi nədir?

16.04.2026C&S Group 32

 

Uyğunluq auditi — müəssisənin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə, normativ hüquqi aktlara, beynəlxalq standartlara, daxili qaydalara və prosedurlara uyğun olub-olmadığını müəyyən etmək məqsədilə aparılan audit və yoxlama prosesidir.

Bu audit zamanı təşkilatın fəaliyyəti müxtəlif tələblərlə müqayisə edilir və müəyyən edilir ki, müəssisə öz fəaliyyətini qanunlara, standartlara və daxili siyasətlərə uyğun şəkildə həyata keçirir ya yox.

Başqa sözlə, uyğunluq auditi müəssisənin fəaliyyətinin qanuni və normativ tələblərə uyğunluğunu qiymətləndirən audit növüdür.

Uyğunluq auditinin əsas məqsədləri aşağıdakılardır:

-müəssisənin fəaliyyətinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

-normativ sənədlərin və standartların tətbiqini qiymətləndirmək;

-müəssisədə risklərin və pozuntuların qarşısını almaq;

-daxili nəzarət sisteminin effektivliyini artırmaq;

-müəssisənin fəaliyyətində uyğunsuzluqları aşkar etmək;

-uyğunsuzluqların aradan qaldırılması üçün təklif və tövsiyələr vermək.

 

Uyğunluq auditi zamanı nə yoxlanılır?

-qanunvericiliyin və normativ sənədlərin tətbiqi;

-müəssisənin daxili qaydaları və prosedurları;

-mühasibat və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu;

-müqavilələrin və hüquqi öhdəliklərin icrası;

-vergi və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi;

-standart və sertifikat tələblərinə uyğun fəaliyyət;

-uyğunluq auditinin müəssisə üçün faydaları.

 

Uyğunluq auditi müəssisəyə bir sıra mühüm üstünlüklər verir:

-qanun pozuntularının qarşısını alır;

-hüquqi və maliyyə risklərini azaldır;

-şirkətin etibarlılığını artırır;

-dövlət qurumları və tərəfdaşlar qarşısında şəffaflığı təmin edir;

-daxili nəzarət sistemini gücləndirir;

-müəssisənin idarəetmə keyfiyyətini artırır.

 

Uyğunluq auditi müxtəlif sahələrdə aparıla bilər, məsələn:

-vergi və maliyyə qanunvericiliyi üzrə audit;

-əmək qanunvericiliyi üzrə audit;

-ISO və digər beynəlxalq standartlara uyğunluq auditi;

-daxili siyasət və prosedurlara uyğunluq auditi;

-korrupsiyaya qarşı uyğunluq auditi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın