Təklif etdiyimiz mühasibat xidmətləri

09.10.2023C&S Group 1223

 

Şirkətimiz birdəfəlik konsultasiyalardan biznesin tam mühasibatlıq müşayiətinə qədər geniş spektrdə mühasibat xidmətləri təqdim edir.

Mühasibat hesabatlarının aparılmasını həvalə etməyə üstünlük verən şirkətlərin sayı artmaqdadır. Bəzi müəssisələrdə kompleks şəkildə mühasibat xidmətlərinə ehtiyac duyulursa, digər təşkilatlarda daha dar sahə üzrə mütəxəssisin epizodik iştirakı, artan iş həcmi ilə əlaqədar müvəqqəti kömək və ya layihə üzrə əlavə dəstək tələb olunur. «C&S Group» MMC şirkəti istər hüquqi şəxslərə, istərsə də fərdi sahibkarlara mühasibat uçotu xidmətlərini təklif edir. Mühasibatlığın distant qaydada aparılması Azərbaycanda xüsusən kiçik və orta biznes üçün aktualdır. Bəzən müəssisələrdə ayrıca mütəxəssis üçün ştat açmaq sərfəli olmur. Halbuki, biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu problemdən optimal çıxış yolu seçim əsasında konkret tip xidmətlərin daxil edildiyi aylıq əsasla göstərilən mühasibat xidmətləridir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibat sahəsində daha qlobal məsələlərin həllini tapmağa imkan verir.

Üstünlüklərimiz;

-müştərilərlə gündəlik konsultasiyaların aparılması;

-mühasibat xidmətlərinin göstərilməsi haqqında rəsmi müqavilə bağlayırıq və göstərdiyimiz fəaliyyətə görə məsuliyyət daşıyırıq;

-ştatlı mühasib üçün çəkilən xərclərdən 40-60 % aşağı qiymət;

-ixtisaslaşmış mütəxəssislər;

-müştəri məlumatlarının məxfiliyinin qorunması;

-vergiləri optimallaşdırırıq;

-mühasibatlıqla bağlı xərclərinizi minimallaşdırırıq;

-vaxta qənaət edirsiniz.

Eyni zamanda biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ixtisaslaşmış şəkildə iştirak etməyə: firmaların qeydiyyata alınmasında, sənəd dövriyyəsinin təşkil olunmasında və bütün növ  hesabatların təqdim olunmasında yardım etməyə hazırıq.

Mühasibat xidmətlərinin göstərilməsi həm birdəfəlik, həm də sistematik qaydada həyata keçirilə bilər. Abunəçiyə göstərilən xidmətin dəyəri işlərin həcmindən və seçilmiş istiqamətdən asılı olaraq dəyişir.

Niyə mühasibat şirkəti ilə işləmək mühasibi işə götürməkdən daha sərfəlidir?

Bir nəfər belə ştatlı mühasibin işləməsi komputer, telefon və digər orqtexnika ilə təchiz edilmiş iş yerinin olması, mühasibat proqramlarının əldə edilməsi və onların quraşdırılmasını tələb edir. Autsorsinq zamanı isə mütəxəssis proqram təminatı da daxil olmaqla, tələb olunan hər bir şeyə malik olduğuna görə  artıq vəsaitin xərclənməsi tələb olunmur.

Ştatlı işçi iş yerində olub-olmamağından asılı olmayaraq (məzuniyyət, dekret, xəstəliklə bağlı məzuniyyət və s. ilə əlaqədar) hər zaman əmək haqqının ödənməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, daima vergi və maaş ödənişlərinin həyata keçirilməsi tələb olunur.

Əməkdaşlığımız müddətində  Sizə mühasib təyin edilir və şirkətimiz adından sizinlə əsas əlaqə quran şəxs o olur. İmzalanma hüququ olmadan onlayn bankçılığınıza giriş əldə edirik. Bütün göndərilən ödənişlər yalnız sizin razılığınızla həyata keçirilir. Əməliyyatlar haqqında məlumat yüklənilir və imza üçün ödəmə sifarişləri yaradılır. İnternet Vergi İdarəsində onlayn kabinetinizə giriş əldə edirik, sizin razılığınız olmadan sənədlər imzalanmır. Hesabatları hazırlayır, elektron sənədləri yükləyir sizin razılığınızdan sonra hesabatarı göndəririk. Whatsapp şəbəkəsi vasitəsi ilə ünsiyyət üçün bir qrup yaradılır; qrupda Siz, Baş Mühasib, lazım olduğunu düşündüyünüz bütün işçiləriniz və seçdiyiniz xidmətlərdən asılı olaraq əlavə işçilərimiz əlavə olunur. Əməkdaşlığımıza başlayırıq!

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın