Outsorsinq xidmətləri

13.05.2025C&S Group 481

 

Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər mühasibatlıq məsələlərini kənar təşkilatlara həvalə edirlər. Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq autsorsinq xidmətlərini təklif edirik.

Autsorsinq, şirkətin profilinə aid olmayan funksiyaların digər ixtisaslaşdırılmış şirkətlərə verilməsi sayəsində şirkət fəaliyyətinin optimizasiya vasitəsidir. Bu gün bazarda ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir. Dünya təcrübəsində peşəkar mütəxəssislərin ştatda saxlanması əvəzinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə edilməsi geniş yayılmışdır. Autsorsinqin aktiv şəkildə nkişaf etməsi şirkətlərə büdcə qənaətində və yerinə yetirdikləri işlərin keyfiyyətində çox böyük üstünlüklər verir. Bir çox şirkətlərin ştatda olan mütəxəssisləri işləri yerinə yetirməkdə çətinlik çəkir və ya ümumiyyətlə öhdəsindən gəlməyi bacarmır. Belə olan halda autsorsinq xidməti ilə məşğul olan şirkət qarşıya çıxan problemləri qısa bir zamanda peşəkar şəkildə aradan qaldırır.

Müasir iş üslubu ilə işləyən şirkətlər bu və ya digər sahələr üzrə autsorsinqdən tam və ya qismən istifadə edirlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın