Mühasibatlıq xidməti və maliyyə idarəsi

19.05.2026C&S Group 18

 

Kiçik və orta biznes sahibləri üçün maliyyə idarəsi çox vaxt çətin və resurs tələb edən prosesdir. Bu problemi həll etmək üçün outsorsinq mühasibatlıq xidmətləri ideal seçimdir. Sahibkar, biznesin əsas fəaliyyətinə fokuslandığı müddətdə, bütün vergi bəyannaməsi hazırlığı, maliyyə uçotu və digər mühasibat prosesləri peşəkar mühasiblər tərəfindən həyata keçirilir.

Mühasibat xidmətini outsors etmək nə deməkdir?

Yeni fəaliyyətə başlayan müəssisələr bəzən ofis, əməkdaş və işin maliyyə tərəfini düşündüyü üçün əsas işə fokuslanmaqda çətinlik yaşayır.  Şirkətimiz göstərdiyi mühasibatlıq xidməti dəstəyi ilə şirkətin maliyyə və vergi proseslərini peşəkar və təcrübəli komandamız ilə yerinə yetirir. 

Sizə təklif etdiyimiz xidmətlər özündə əks etdirir:

-şirkətin mühasibat uçotu peşəkar mühasiblər tərəfindən aparılır;

-vergi bəyannaməsinin hazırlanması təmin olunur;

-maliyyə hesabatları düzgün və vaxtında hazırlanır;

-sahibkar ofis xərclərinə qənaət edir və yalnız aylıq xidmət haqqı ödəyir.

 

Outsource mühasib xidmətlərinin üstünlükləri:

-vaxta qənaət: sahibkar əsas işinə fokuslana bilir;

-peşəkar ekspertiza: təcrübəli mühasiblər qanunvericiliyə uyğun iş görür;

-dəqiqlik və şəffaflıq: maliyyə sənədləri və hesabatlar düzgün hazırlanır;

-xərclərə qənaət: ofis xərcləri, əlavə işçi maaşları aradan qalxır;

-risklərin minimuma endirilməsi: vergi pozuntuları və cərimələrin qarşısı alınır.


Kimlər outsors mühasib xidmətindən istifadə edə bilər?

-kiçik və orta biznes sahibləri;

-startaplar və yeni MMC-lər;

-maliyyə və vergi idarəsində təcrübəsi olmayanlar;

-işçi və ofis xərclərini optimallaşdırmaq istəyənlər.

 

Mühasibatlıq xidmətləri təklif edən şirkətləri seçərkən nələrə diqqət etmək lazımdır?

-təcrübə və ekspertiza: şirkət və ya xidmət provayderinin müvafiq sahədə təcrübəsi;

-qanunvericiliyə uyğunluq: vergi və mühasibat uçotu tam qanuni aparılmalıdır;

-tam xidmət paketi: vergi bəyannaməsi, maliyyə hesabatları, məsləhət xidmətləri və s. xidmət paketinə daxil olmalıdır;

-texnoloji imkanlar: rəqəmsal platformalar vasitəsilə izləmə və hesabat imkanı;

-qiymət və xidmət balansı: sərfəli və rəqabətli qiymət, yüksək keyfiyyət.


Mühasibatlıq xidməti kiçik və orta bizneslər üçün maliyyə idarəsini asanlaşdırır, vergi və qanuni öhdəlikləri düzgün yerinə yetirməyə kömək edir və riskləri minimuma endirir.  Komandamız, hər ölçüdə şirkət üçün onlayn mühasib xidməti, vergi bəyannaməsi və maliyyə hesabatı dəstəyi kimi bir çox xidmət növünü təqdim edir.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın