C&S Group fiziki və hüquqi şəxslərə mühasibatlıq və vergi münasibətləri üzrə xidmətlərini təklif edir.
Vergi məsələləri üzrə konsaltinq:
-vergi qanunvericiliyi ilə müəyyən edilmiş aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi;
-vergi qeydiyyatı, uçot və qeydiyyatın ləğvi üçün müraciətlərin hazırlanması (VÖEN-in alınması, bağlanması, nəzarət kassa aparatı, obyekt kodu və s);
-fəaliyyətinizə və gəlirinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;
-vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;
-vergi orqanı tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada həllində kömək;
-həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həllində kömək.
Mühasibat uçotu üzrə konsaltinq :
-aylıq, rüblük və illik hesabatların hazırlanıb nəzarətedici qurumlara təqdim edilməsi;
-mühasibat uçotunun aparılması və uçotun bərpası;
-mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;
-maliyyə hesabatları;
-bank hesablarının açılması və bank köçürülmələrin aparılması;
-vergilərə və DSMF - na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;
-elektron qaimə fakturalarının yazılması;
-kassa və maliyyə intizamına riayət olunması;
-kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
-nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;
-əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;
-əmək haqqının hesablanması;
-amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);
-cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.