Mühasibatlıq və vergi konsaltinqi

02.09.2025C&S Group 112

 

C&S Group fiziki və hüquqi şəxslərə mühasibatlıq və vergi münasibətləri üzrə xidmətlərini təklif edir.

 

Vergi məsələləri üzrə konsaltinq:

-vergi qanunvericiliyi ilə müəyyən edilmiş aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi;

-vergi qeydiyyatı, uçot və qeydiyyatın ləğvi üçün müraciətlərin hazırlanması (VÖEN-in alınması, bağlanması, nəzarət kassa aparatı, obyekt kodu və s);

-fəaliyyətinizə və gəlirinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;

-vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;

-vergi orqanı tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada həllində kömək;

-həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həllində kömək.

 

Mühasibat uçotu üzrə konsaltinq :

-aylıq, rüblük və illik hesabatların hazırlanıb nəzarətedici qurumlara təqdim edilməsi;

-mühasibat uçotunun aparılması və uçotun bərpası;

-mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;

-maliyyə hesabatları;

-bank hesablarının açılması və bank köçürülmələrin aparılması;

-vergilərə və DSMF - na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;

-elektron qaimə fakturalarının yazılması;

-kassa və maliyyə intizamına riayət olunması;

-kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;

-nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;

-əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;

-əmək haqqının hesablanması;

-amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);

-cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın