Mühasibatlıq üzrə xidmətlər

15.11.2021C&S Group 80

 

Mühasibat uçotu müasir şirkətlərin əsas iqtisadi amilidir. Şirkətlərin bütün maliyyə əməliyyatları ( maaşlardan köçürmələrə qədər ) mühasibatlıq şöbəsinə daxil edilir. Peşəkar mühasibat uçotu direktora vaxtında hesabatları verməyə , vergi öhdəliklərinə əməl etməyə və şirkətin gəlirliliyini real olaraq qiymətləndirməyə imkan verir.

Mühasibat xidmətləri üzrə bizimlə əməkdaşlığın üstünlüyü nədir?

-mühasibat uçotunu tam aparırıq;

-vaxtında və düzgün hesabatlar veririk;

-mühasibatlıqla bağlı bütüb suallarınızı cavablandırırıq;

-iş proseslərini optimallaşdırmağa kömək edirik;

-əməliyyatlar üçün hüquqi dəstək veririk;

-yeni biznes ideyalarınız üçün iş sxemləri ortaya qoyuruq.

İlkin sənədlərin verilənlər bazasına daxil edilməsi, habelə, mühasibat və vergi hesabatı sənədlərinin tərtib edilməsi, təşkilatın cari fəaliyyətinin yoxlanılması – bunlar şirkətinizin daima ayaqda qalacağı və sizə qazanc gətirəcəyi addımlardır. Eyni zamanda, əyani mühasibin xidmətləri, xüsusilə, fərdi sahibkarların mühasibatlığına gəldikdə olduqca baha başa gəlir. Bu vəziyyətdə kənar mühasibatlıq xidmətlərindən istifadə etmək daha məntiqlidir və az xərcə başa gəlir. Həmçinin, bu yanaşma sizi vergi orqanlarının və DSMF cərimələrindən və digər sanksiyalarından qoruyacaqdır.

Mühasibat xidmətlərimizi sifariş etsəz vaxtınıza və pulunuza qənaət edəcəksiniz. 9 ildir ki, Azərbaycanda mühasibat uçotunun aparılması, hesabatların hazırlanması, təqdim edilməsi və digər mühasibatlıq xidmətləri göstəririk

“C&S Group” ilə işin üstünlüklərindən ən başlıcası tam peşəkar mühasibatlıq xidmətidir. Sizin üçün bir mühasib deyil, bütöv bir mühasib qrupu işləyir: mühasib-məsləhətçi istənilən sualınızı cavablandırır, aparıcı mühasib hesabatları vaxtında təqdim edir, mühasib ilkin sənədlərə əsasən bütün lazımı sənədləri hazırlayaraq reyestrını çıxarır. Bununla yanaşı bütün komandanın işini koordinasiya edən və müxtəlif iş tapşırıqlarını həll edən və sizə ayrılmış fərdi biznes köməkçiniz banklar və dövlət orqanları ilə qarşılıqlı əlaqələrin qurulması, tenderlər üçün sənədlərin hazırlanmasında sizə köməklik göstərəcək.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın