Mühasibatlıq uçotu xidmətləri

03.09.2026C&S Group 28

 

Biznesin maliyyə prosesləri yalnız gəlir və xərclərin qeydiyyatından ibarət deyil. O, vergi öhdəlikləri, kadr uçotu, maliyyə təhlili və bir çox digər mürəkkəb sahələri əhatə edir. Şirkətimiz, bu geniş spektrli ehtiyacları qarşılamaq üçün hər növ mühasibatlıq xidmətlərini bir ünvanda təqdim edir. Bizimlə əməkdaşlıq sizə aşağıdakı üstünlükləri verir:

-biznesinizin bütün mühasibat ehtiyacları üçün kompleks həllər əldə edirsiniz;

-mühasibat işlərini peşəkarlara həvalə etməklə, vaxtınızı əsas biznes proseslərinə yönəldə bilirsiniz;

-Azərbaycan Respublikasının mövcud vergi və mühasibat qanunvericiliyinin ən son yeniliklərinə uyğun fəaliyyət göstərməyimiz sizi potensial cərimə və risklərdən qoruyur;

-təcrübəli mühasiblərdən ibarət komandamız, biznesinizin maliyyə inkişafı üçün dəyərli konsultasiyalar və strateji məsləhətlər verir.

 

Şirkətimiz, kiçik, orta və böyük şirkətlərə qədər hər bir müştərinin fərdi ehtiyaclarına cavab verən hər növ mühasibatlıq xidmətlərini təklif edir:

-tam mühasibat uçotunun aparılması: ilkin sənədləşmə, bank və kassa əməliyyatları, debitor və kreditor borclarının nəzarəti;

-vergi uçotu və bəyannamələrin təqdimi: aylıq, rüblük və illik vergi bəyannamələrinin hazırlanması (ƏDV, Mənfəət, Sadələşdirilmiş Vergi və s.);

-kadr uçotu və əmək haqqı hesablanması; əmək müqavilələri, işçilərin qəbulu və azad edilməsi sənədlərinin hazırlanması;

-maliyyə planlaması, büdcə tərtibi və biznes proseslərinin optimallaşdırılması üzrə məsləhətlər;

-daxili və xarici audit yoxlamaları zamanı tam dəstək.

 

Peşəkarlardan ibarət komandamız mühasibat xidmətlərində keyfiyyət və müştəri məmnuniyyətinə zəmanət verərək sizlərə təklif edir:

-öz sahəsində illərin təcrübəsinə malik peşəkar mühasiblər heyəti;

-hər bir müştərinin biznes xüsusiyyətlərinə uyğun fərdi  yanaşma;

-maliyyə məlumatlarınızın tam məxfiliyi və təhlükəsizliyi təmin edilir;

-işlərimizdə ən son mühasibat proqramları və rəqəmsal həllərdən istifadə edirik.

 

Xidmətlərimiz kimlər üçün uyğundur?

-yeni yaradılmış MMC və fərdi sahibkarlar;

-ştat mühasibinə alternativ axtaran şirkətlər;

-mühasibatlığını təhvil vermək istəyən bizneslər;

-vergi və hesabat risklərini azaltmaq istəyən rəhbərlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın