Mühasibatlıq şirkəti-simvolik dəyərlər

10.11.2020C&S Group 82

 


Bir şirkətin maddi xüsusiyyətləri ilə bərabər simvolik brend xüsusiyyətləri də potensial  namizədləri işçi kimi cəlb edib saxlamaq üçün həlledici rol oynayır. 



Aparılan iki araşdırma işəgötürən kontekstində simvolik dəyərlər ilə əlaqəli bizi geniş bir baxış ilə təmin edir. Bunlardan birincisi Lievens (2007) tərəfindən Belçika ordusunun gənc istedadlı namizədləri necə cəlb etdiyini araşdırır. Cable və Turban, bir təşkilatın brend xüsusiyyətlərinin şirkətin tanınma dərəcəsini (işəgötürən/tanınırlıq), yaxşı imicini (işəgötürən/imic) və reputasiyasını (işəgötürən/reputasiya) ifadə etdiyi dərəcədə qavradıqlarını izah edən “işəgötürən məlumat modeli”nə müraciət edir. Nəticədə belə olur ki, yaxşı imic və reputasiya namizədlər üçün çox vacibidir. Tanınmışlıq isə daha arxa planda qalır. Daha sonradan həyata keçirilən elmi araşdırmalar göstərir ki, namizədlər brendləri mənəvi xüsusiyyətlər ilə təsvir etdikləri üçün maddi olmayan reputasiya və yaxşı imic kimi xüsusiyyətlər onlar üçün yer, əmək haqqı və təşkilati struktur kimi maddi xüsusiyyətlərdən daha vacibdir. 



İkinci araşdırma ilə Berthon işəgötürən cazibədarlığının ölçü miqyasını qurmuş və təsdiqləmişdir.   (İşəgötürən Cazibədarlığı ölçüsü, EMPAT). Bu ölçü miqyasının isə psixoloji, iqtisadi və funksional xüsusiyyətlərə sahib 5 dəyəri/ölçüsü mövcuddur:

 

Maraq dəyəri -  üstün keyfiyyətə sahib məhsulu əldə etmək üçün yaradıcılığa həvəs artıracaq bir iş çevrəsi üçün şərait yaradan işəgötürənin namizədləri necə cəlb etdiyini qiymətləndirir;

 

Sosial dəyər - əyləncəli və müsbət bir çevrə ortaya çıxaran, idarəçi və iş yoldaşları ilə ünsiyyət qurmağa həvəsləndirən bir iş mühiti təmin edən işəgötürənin namizədləri nə dərəcədə cəlb etdiyini qiymətləndirir;

 

İqtisadi dəyər - mükafat paketləri, iş yerində təhlükəsizlik və təşviq paketləri vasitəsi ilə potensial namizədi cəlb edən işəgötürəni qiymətləndirir;

İnkişaf dəyəri - karyeranın şəxsi və professional inkişafının işəgötürənin səmərəliliyinə necə kömək etdiyini ölçür;

 

Tətbiq dəyəri -  təşkilatın, işçilərin öz biliklərini tətbiq etmə və digərlərinə öyrətmə imkanını ölçür.



Demək olar ki, gələcəyin liderləri ola biləcək gənc namizədlər iş yerlərini işə qəbuldan daha əvvəl ideallaşdırırlar. Ona görə də onların gözləntiləri sadəcə həqiqi işəgötürən ilə deyil, həmçinin, ideal işəgötürən ilə də əlaqəlidir. 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın