Gündəlik həyatımızda eşitdiyimiz mühasibatlıq, mühasibat uçotu, maliyyə uçotu, mühasibat hesabatı kimi terminlər nədir? Bizi düşündürən suallardan biri bu anlayışlar bizə həyatımızın hansı hissəsində lazım olacaq? Bildiyimiz kimi mühasibatlıq özü ayrılıqda bir elm sahəsidir və daxilində müxtəlif şaxələrdən ibarətdir, tamda bu səbəbdən mühasibatlıq nədir və bizə nə üçün gərəkdir sualların cavabını tapmaq üçün biz ilk öncə aşağıdakı suallara cavab tapmalıyıq:
-mühasibat uçotu nədir?
-maliyyə uçotu və idarəetmə uçotunun fərqi nədir?
-mühasib kimdir?
Mühasibat uçotunun nə olduğunu öyrənmək üçün “wikipediya”ya müraciət etsək şablon cavab əldə edəcəyik ki, “Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elmdir”. Bəs bu elmin dərinliyini araşdırmaq istəsək? Ümumilikdə mühasibat və uçot sözlərinin mənşəyi nədir?
İlk olaraq mühasib sözünün mənşəyinə baxsaq görərik ki, “mühasib” ərəb mənşəyindən gələn və hesab aparan, hesablayan sözləri ilə sinonimlik təkşil edən sözdür. Ən bəsit şəkildə mühasibi hər hansı bir müəssisənin hesabını aparan şəxs kimi qəbul edə bilərik.
Yaxşı bəs “uçot” nədir? Uçot “hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma” mənasına, uçotu sözü isə “siyahıyaalma işləri aparan şəxs” mənasına gəlir.
Ümumiləşdirdiyimiz zaman qısa və hər kəsin anlaya biləcəyi şəkildə mühasibat uçotu anlayışına “hər hansısa bir müəssisənin hesabatının aparılması proseduru” kimi tərif verə bilərik.
Bəs maliyyə uçotu və idarəetmə uçotu nədir?
Bu anlayışlar mühasibat uçotunun qollarıdır. İlkin məlumat olaraq onu qeyd edə bilərik ki, maliyyə uçotu istənilən müəssisə üçün mütləq və vacibdir, çünki maliyyə uçotunun aparılması dövlət tərəfindən yoxlanılır. Lakin idarəetmə uçotunun aparılması istənilən müəssisənin daxili işidir yəni heç bir kənar orqanın ixtiyarı yoxdur ki, idarəetmə uçotunun hazırlanmasına göstəriş versin. Bu dediklərimizi ümumiləşdirsək qısaca deyə bilərik ki, maliyyə uçotu nəzarət orqanları tərəfindən tələb edilən, idarəetmə uçotu isə müəssisənin daxili rəhbərliyi tərəfindən tələb edilən hesabat növüdür.
Mühasib isə müəssisələrdə bütün bu qeyd etdiyimiz hesabatları hazırlayan və maliyyə əməliyyatlarının aparılmasına nəzarət edən şəxsdir. Mühasib peşəsi məsuliyyət və diqqət tələb edən vəzifələrdəndir. Öz sahəsində peşəkar olan mühasiblər eyni zamanda fərdi mühasibatlıq xidməti göstərə bilər, öz şəxsi ofislərini yaradaraq bir çox sahibkarlara mühasibatlıq xidməti üzrə məsləhətlər verə bilərlər.
Məqaləmizi ümumiləşdirərək deyə bilərik ki, mühasibatlıq hazır ki dövrün və gələcək dövrün ən çox tələb edilən və ehtiyac duyulan peşələrindəndir.
Artıq 13 ildir ki, C&S Group fiziki və hüquqi şəxslərin mühasibatlığını aparır. Bizə müraciət edərək eyni zamanda siz, kadr uçotu, vergi və digər dövlət orqanlarına verilən hesabatlarının hazırlanması, kassa və bank əməliyyatlarının aparılması, əmək haqqının, məzuniyyətlərin, müaviətlərin və ezamiyyətlərin hesablanması, maliyyə cədvəllərinin qurulması, hüquqi sənədlərin hazırlanması və digər xidmətlər üzrə dəstək ala bilərsiniz.
Biz, sizin biznesinizdə ən etibarlı bələdçinizik!