Mühasibatlıq nədir?

10.09.2025C&S Group 98

 

Gündəlik həyatımızda eşitdiyimiz  mühasibatlıq,  mühasibat uçotu,  maliyyə uçotu, mühasibat hesabatı  kimi terminlər  nədir?  Bizi düşündürən suallardan biri bu anlayışlar  bizə  həyatımızın hansı  hissəsində lazım olacaq? Bildiyimiz  kimi mühasibatlıq  özü  ayrılıqda   bir  elm sahəsidir və daxilində müxtəlif  şaxələrdən  ibarətdir, tamda bu səbəbdən mühasibatlıq nədir  və bizə nə üçün gərəkdir sualların cavabını tapmaq üçün biz ilk öncə aşağıdakı suallara cavab  tapmalıyıq:

-mühasibat uçotu nədir?

-maliyyə  uçotu və idarəetmə uçotunun fərqi  nədir?

-mühasib kimdir?

 

Mühasibat uçotunun nə olduğunu  öyrənmək  üçün    “wikipediya”ya  müraciət etsək şablon  cavab  əldə  edəcəyik ki, “Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elmdir”. Bəs bu elmin dərinliyini araşdırmaq  istəsək? Ümumilikdə  mühasibat  və uçot  sözlərinin mənşəyi  nədir?

İlk  olaraq   mühasib  sözünün  mənşəyinə baxsaq  görərik ki,  “mühasib”   ərəb  mənşəyindən gələn  və   hesab aparan,  hesablayan  sözləri  ilə  sinonimlik  təkşil  edən  sözdür.  Ən bəsit şəkildə mühasibi hər  hansı bir müəssisənin  hesabını  aparan  şəxs kimi  qəbul edə bilərik.

Yaxşı  bəs  “uçot”  nədir? Uçot “hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma”   mənasına,  uçotu sözü  isə “siyahıyaalma işləri aparan şəxs” mənasına  gəlir.

Ümumiləşdirdiyimiz zaman qısa və hər kəsin anlaya biləcəyi  şəkildə mühasibat  uçotu anlayışına “hər  hansısa bir müəssisənin hesabatının aparılması  proseduru” kimi tərif  verə bilərik.

Bəs maliyyə uçotu və idarəetmə uçotu nədir?

Bu anlayışlar mühasibat  uçotunun qollarıdır. İlkin məlumat olaraq onu qeyd  edə  bilərik  ki,  maliyyə uçotu istənilən müəssisə  üçün mütləq  və vacibdir,  çünki  maliyyə uçotunun aparılması  dövlət  tərəfindən  yoxlanılır. Lakin idarəetmə uçotunun aparılması istənilən müəssisənin daxili işidir yəni heç bir kənar orqanın ixtiyarı yoxdur ki, idarəetmə uçotunun hazırlanmasına göstəriş versin. Bu dediklərimizi  ümumiləşdirsək qısaca deyə bilərik ki, maliyyə uçotu nəzarət orqanları  tərəfindən tələb edilən, idarəetmə uçotu isə müəssisənin daxili rəhbərliyi tərəfindən tələb edilən hesabat  növüdür.

Mühasib isə müəssisələrdə bütün bu qeyd  etdiyimiz  hesabatları  hazırlayan  və  maliyyə əməliyyatlarının aparılmasına  nəzarət  edən şəxsdir. Mühasib peşəsi məsuliyyət və  diqqət tələb  edən  vəzifələrdəndir. Öz  sahəsində peşəkar  olan mühasiblər eyni  zamanda  fərdi  mühasibatlıq  xidməti  göstərə  bilər,  öz  şəxsi ofislərini  yaradaraq  bir çox  sahibkarlara  mühasibatlıq  xidməti üzrə  məsləhətlər  verə  bilərlər.

Məqaləmizi  ümumiləşdirərək  deyə  bilərik ki,  mühasibatlıq   hazır ki  dövrün və  gələcək  dövrün  ən çox  tələb  edilən və  ehtiyac  duyulan  peşələrindəndir. 

Artı 13  ildir ki, C&S Group fiziki və hüquqi şəxslərin mühasibatlığını aparır. Bizə müraciət edərək eyni zamanda siz, kadr uçotu, vergi və digər dövlət orqanlarına verilən hesabatlarının hazırlanması, kassa və bank əməliyyatlarının aparılması, əmək haqqının,  məzuniyyətlərin,  müaviətlərin və  ezamiyyətlərin hesablanması, maliyyə  cədvəllərinin  qurulması, hüquqi sənədlərin hazırlanması və digər xidmətlər üzrə dəstək ala bilərsiniz.

Biz, sizin biznesinizdə ən etibarlı  bələdçinizik!

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın