Mühasibatlıq - konsaltinq xidmətləri

10.03.2026C&S Group 29

Peşəkar mühasibatlıq xidmətləri kimlərə və nə vaxt lazımdır?

Biznes fəaliyyətində bəzən tam ştatlı bir mühasibin vergi, mühasibat və kadr uçotu problemlərini həll etmək üçün səriştəsi kifayət etmədikdə sahibkar və ya müəssisələr konsaltinq xidmətindən istifadə edirlər.

Mühasibatlıq və vergi uçotu hazırlıqsız mütəxəssis üçün çətin fəaliyyət sahəsidir. Bəzən təcrübəli mühasiblər də çətin tapşırıqlarla üzləşə bilir. Bu sahələr üzrə qanunvericik normalarının tez-tez dəyişilməsi isə bu sahəni bəzən qarışıq vəziyyətə gətirir. Bu səbəbdən hər biznes sahəsinin gərək öz professional mühasibi və ya mühasibatlıq şöbəsi olsun. Bu isə həmin şəxslərin rəhbərin üzləşdiyi çətinliklərə hər zaman cavab verəcəyi demək deyildir. Belə hallarda mühasibatlıq üzrə məsləhət xidmətləri verən şirkətlər köməyə gəlir. Məsləhətçilər problemlərin daimi və ya müvəqqəti həllində köməklik edir, çətinliklərin öhdəsindən gəlməyə və əməliyyatların düzgünlüyünə nəzarət etməyə kömək edirlər.

Konsaltinq xidmətlərinə ehtiyac nə zaman yaranır?

1. Ştatda mühasib vəzifəsi yoxdursa; kiçik və orta biznesdə fəaliyyət göstərən şirkətlər üçün daimi işçi çox vaxt sərfəli olmur. Onun üçün iş yeri ayırmalı, mütəmadi olaraq ona əmək haqqı və bonuslar verilməli, xəstəlik məzuniyyəti və digər məzuniyyətlər verilməlidir. Kiçik dövriyyəsi olan şirkət menecerləri büdcəyə qənaət etmək üçün çox vaxt mühasibat uçotu və hesabatları təkbaşına aparmağa üstünlük verirlər. Ancaq bu, onların əsas ixtisası olmadığından, bir çox məsələlərin həllində çətinlik çəkə bilirlər və səhvlər qaçınılmaz olur.

2. Şirkətdə tam ştatlı mühasib var, lakin rəhbərlik onun səlahiyyətinə şübhə edir; mühasibat və vergi qanunvericiliyi dünyasındakı son dəyişiklikləri davamlı olaraq izləyəcək səriştəli mütəxəssis tapmaq o qədər də asan deyil. Lakin bu, o demək deyil ki, belə şübhələr yarandıqda cari mühasib işdən azad edilməlidir. Yeni işçinin axtarışı çox vaxt apardığından mühasibat məsləhətlərinə ehtiyac duyulur.

3. Şirkət fərqli əməliyyatlar icra edir və mühasib bu işin rəsmiləşdirilməsində çətinlik çəkir. Bu zaman konsaltinq şirkəti ortaya çıxır və professional kadrlar sizə lazımı məsləhətlər verir. Siz asan çıxış yollarını tapır və problemlərdən xilas olursuz.

4. Şirkətdə vergi və ya digər yoxlama dövrü gözlənilir; əgər dövlət orqanları tərəfindən şirkətin fəaliyyətinin yoxlanılması gözlənilirsə, şirkət rəhbərliyi əməliyyatların mühasibat sənədləri ilə uyğun olduğundan əmin olmaq istəyir. Bu zaman təcrübəli mütəxəsislərin yerində və zamanında verdiyi məsləhətlərlə yarana biləcək problemlərin qarşısını öncədən alırsınız.

5. Sezona görə iş həcminin artması ilə əlaqədar mühasib və ya baş mühasib işin öhdəsindən gələ bilmir. Bu zaman konsaltinq şirkətinin əməkdaşları sizə bu işdə köməklik göstəririlər.

6. Yeni mühasib işə qəbul edildikdə; bu zaman əvvəlki əməkdaşın işi qeyri-qənaətbəxş olduqda ortaya problemlər çıxa bilər. Belə vəziyyətdə, mühasibat uçotunu tamamilə bərpa etmək tələb olunur və təcrübəli mütəxəssislərin xidmətləri şirkətin köməyinə gəlir.

Lakin mühasibat uçotu və vergi uçotu üzrə məsləhətlər yalnız yuxarıda təsvir olunan hallarda lazım olmur. Bu xidmətlər hesabat dövrlərinin düzgünlüyünə əmin olmaq istəyən hər müəssisə üçün faydalıdır. Mühasibat uçotu ixtisaslaşmış şirkətlərin bu sahədə böyük təcrübəsi var və vergi qanunvericiliyinin hüquqi incəliklərini yaxşı bilirlər. Daha səmərəli mühasibat uçotuna nail olmaq və vergi ödənişlərini qanuni olaraq azaltmaq istəyən hər kəs üçün bu xidmətlərə müraciət etmək məqsədə uyğundur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın