Mühasibat üzrə xidmətlər

13.06.2025C&S Group 178

 

C&S Group şirkəti birdəfəlik konsultasiyalardan biznesin tam mühasibatlıq müşayiətinə qədər geniş spektrdə mühasibat xidmətləri təqdim edir.

Mühasibat hesabatlarının aparılmasını həvalə etməyə üstünlük verən şirkətlərin sayı artmaqdadır. Bəzi müəssisələrdə kompleks şəkildə mühasibat xidmətlərinə ehtiyac duyulursa, digər təşkilatlarda artan iş həcmi ilə əlaqədar müvəqqəti kömək və ya layihə üzrə əlavə dəstək tələb olunur. Şirkətimiz istər hüquqi şəxslərə, istərsə də fərdi sahibkarlara mühasibat uçotu xidmətlərini təklif edir. Mühasibatlığın distant qaydada aparılması Azərbaycanda xüsusən kiçik və orta biznes üçün aktualdır. Bəzən müəssisələrdə ayrıca mütəxəssis üçün ştat açmaq sərfəli olmur. Halbuki, biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu problemdən optimal çıxış yolu seçim əsasında konkret tip xidmətlərin daxil edildiyi aylıq əsasla göstərilən mühasibat xidmətləridir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibat sahəsində daha qlobal məsələlərin həllini tapmağa imkan verir.

Üstünlüklərimiz:

-müştərilərin gündəlik dəstəklənməsi və konsultasiyaların aparılması;

-mühasibat xidmətlərinin göstərilməsi haqqında rəsmi müqavilə bağlayırıq və göstərdiyimiz fəaliyyətə görə məsuliyyət daşıyırıq;

-ştatlı mühasib üçün çəkilən xərclərdən aşağı qiymət;

-ixtisaslaşmış mütəxəssislər;

-müştəri məlumatlarının məxfiliyinin qorunması;

-vergiləri optimallaşdırırıq;

-mühasibatlıqla bağlı xərclərinizi minimallaşdırırıq.

 

Şirkətimiz biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ixtisaslaşmış şəkildə iştirak etməyə; şirkətlərin qeydiyyata alınmasında, sənəd dövriyyəsinin təşkil olunmasında və bütün növ  hesabatların təqdim olunmasında yardım etməyə hazırdır.

Mühasibat xidmətlərinin göstərilməsi həm birdəfəlik, həm də sistematik qaydada həyata keçirilə bilər. Abunəçiyə göstərilən xidmətin dəyəri işlərin həcmindən və seçilmiş istiqamətdən asılı olaraq dəyişir.

 

Mühasibatlıq üzrə göstərdiyimiz xidmətlər:

-ƏDV bəyannaməsinin tərtib və təqdim edilməsi;

-ƏDV üzrə əvəzləşmələrin verilməsi;

-ƏDV üzrə dövlət büdcəsi ilə hesablaşmalar;

-ödəmə mənbəyi üzrə bəyannamə;

-mənfəət vergisi bəyannaməsi;

-əmlak vergisi bəyannaməsi;

-gündəlik əməliyyatların(invoysların, elektron qaimə fakturaların, ödəniş tapşırıqlarının) hazırlanması;

-vergi hesabatlarının göndərilməsi;

-dövlət sosial müdafiə fondu üzrə hesabatlar;

-dövlət statistika orqanlarına hesabatlar;

-digər dövlət orqanlarına təqdim edilən hesabatların verilməsi;

-əmək haqqının hesablanması;

-əsas vəsaitlərin uçotu;

-YGB üzrə əməliyyatların aparılması;

-müqavilələrin hazırlanması və yoxlanması;

-vergi orqanı ilə yazışmaların aparılması;

-mühasibat, vergi qanunvericiliyi, maliyyə sahəsində məsləhətlərin verilməsi;

-daxili audit.

Kadr uçotu üzrə göstərdiyimiz xidmətlər:

-işçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı sənədləşmələr;

-əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi və elektron informasiya sisteminə daxil edilməsi;

-əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;

-müəssisə üzrə müvafiq ştat cədvəlinin hazırlanması;

-maddi məsuliyyət haqqında müqavilənin hazırlanması və s.

 

Nəyə görə konsaltinq şirkəti ilə işləmək mühasibi işə götürməkdən daha sərfəlidir?

Bir nəfər belə olsun ştatlı mühasibin işləməsi üçün komputer, telefon və digər texnikalarla təchiz edilmiş iş yerinin olması, mühasibat proqramlarının əldə edilməsi və onların quraşdırılması tələb olunur. Autsorsinq zamanı isə mütəxəssis proqram təminatı da daxil olmaqla, tələb olunan hər şeyə malik olduğuna görə artıq vəsaitin xərclənməsi tələb olunmur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın