Mühasibat uçotunun təşkili

15.09.2021C&S Group 2508

 

Fəaliyyətə yenicə başlamış sahibkarlar üçün mühasibat uçotunun təşkili və hesabatlılığın düzgün aparılması problemlər yarada bilər. Sirr deyil ki, bazara yenicə daxil olmuş sahibkarlar üçün yaradıcı ideyaların irəli sürülməsi ilə bərabər, mühasibat uçotunun təşkili, eləcə də, hesabatlılığın düzgün aparılması və müvafiq dövlət orqanlarına vaxtında təqdim olunması "başağrısı" yaradır.

Mühasibat uçotu sisteminin quruluşu, şirkətin uçot siyasətinin düzgün şəkildə işlənib hazırlanmasına və optimal şəkildə aparılmasına şərait yaradan kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu, müəssisənin düzgün və effektiv işinin əvvəlcədən qurulmasına və bu zaman daxil olan məlumatların vaxtında emal edilməsinə və bütün zəruri operativlik prinsiplərinə riayət olunmasına imkan yaradır.

Şirkət rəhbəri, bu prosesin həyata keçirilməsinin üç üsulundan birini seçə bilər: onu şəxsən apara, ştata mühasib (mühasiblər qrupu) qəbul edə yaxud mühasibat uçotunun kənardan aparılması (autsorsinq) xidmətindən istifadə edə bilər. Biznesin müşayiət edilməsinin bir çox tərkib hissələrindən ibarət olduğunu nəzərə alınarsa (buraya ilkin sənədlərin təhlilini, uçot siyasətinin işlənib hazırlanmasını və aparılmasını, ilkin mühasibat uçotunun qurulmasını, qanunvericilikdə nəzərdə tutulmuş mühasibat və vergi hesablaşmalarının tərtib olunmasını və təhlil verilməsini, əməkhaqqının uçotunu, hesabatların tərtib olunmasını və vergi orqanlarına vaxtında təqdim edilməsini və s. aid etmək olar) bir çox sahibkar bu cür işin icrasını təmin edə bilməz. Buna görə də birinci üsul dərhal istisna edilir.

Uçotun tənzimlənməsi üzrə hal-hazırda ən geniş yayılmış üsuldan, yəni ştata qəbul olunmuş mütəxəssislərin xidmətindən istifadə edən sahibkar onların iş yeri ilə təmin olunmasının, eləcə də, əməkhaqqının və müvafiq vergilərin vaxtında ödənilməsinə nəzarət etməli və digər cari xərcləri nəzərə almalıdır. Məsələn, pərakəndə satış sahəsində daimi mühasibin mövcudluğu vacib deyil, buna görə də burada kifayət qədər sərfəli olan autsorsinq xidmətlərindən istifadə etmək daha məqsədəuyğundur.

Şirkətlər tərəfindən mühasibatlıq üzrə autsorsinq xidmətlərinin göstərilməsi zamanı əsas vəzifə, təşkilatın vergi təhlükəsizliyini təmin edən edən tərkib hissələrindən biri kimi müəssisənin maliyyə-mühasibat işinin effektivliyinin yüksəldilməsidir. Autsorsinq şirkətinin ekspertləri auditorlarla və hüquqüşunaslarla məsləhətləşmək üçün daimi imkanlara malik olurlar ki, bu da mühasib-ekspert tərəfindən qəbul edilən qərarın düzgünlüyünə əminlik yaradır.

Bu növ autsorsinqin coğrafiyasına gəldikdə isə, kənardan göstərilən mühasibat xidmətlərinə və məsləhətləşmələrə daha çox inşaat sektorunda, ticarət və restoran şəbəkələrində, eləcə də, reklam, tərtibat, təlimatlandırma və digər xidmətlərin göstərilməsi ilə məşğul olan şirkətlərdə; bəzən isə banklarda, sığorta şirkətlərində və digər iri müəssisələrdə ehtiyac duyulur.

Bəzən sahibkarlar mühasibat autsorsinqi xidmətlərindən yararlanmanı bütünlüklə təsərrüfat fəaliyyətinə müdaxilə və daxili məlumatların kənar şəxslər tərəfindən əldə olunması kimi qəbul edirlər. Bəs bu cür hallarda müştəriləri mühasibat autsorsinqi xidmətlərindən yararlanmağa sövq edən nədir?

-problemlərin həll olunması;

Təcrübədə göstərir ki, sahibkar bəzi problemləri öz gücünə həll edə bilmir. Bu problemlərə, mühasibatlıqda yaranan müxtəlif çatışmazlıqlar, vergi və digər çətinliklərin aradan qaldırılması ilə əlaqədar məsələlər aiddir. Yenidənqurmadan sonrakı dövrün ilk illərində biznesmenlər köhnə qayda ilə hərəkət edərək bütünlüklə maliyyə uçotunu eyni bir şəxsə - mühasibə həvalə edirdilər. Mühasib özünün birbaşa vəzifələrindən əlavə, bütün digər istiqamətlərlə - maliyyə menecmenti, məsləhətləşmə, audit, hüquqi tərkib hissələri və s. bu kimi məsələlərlə məşğul olmalı olurdu. Hazırda isə ölkənin iqtisadi sisteminin inkişaf etdiyi bir zamanda hətta yüksək təcrübəyə və səriştəyə malik mütəxəssis olsa belə bir nəfərin bu qədər işin öhdəsindən gəlməsi çox çətindir.

Beləliklə, nəzərdən keçirilmiş variantlardan hər biri müasir bazarda tələb olunan, etibarlı üsullardır. Kiçik və orta biznes nümayəndələri üçün mühasibat uçotunun ştatdakı əməkdaşların gücünə təşkil edilməsi ilə bu səlahiyyətlərin kənar şirkətə həvalə olunması arasında seçim edilməsi, həm obyektiv parametrlərdən, yəni qeydiyyata alınan biznesin növündən, planlaşdırılan dövriyyədən və s., həm də subyektiv parametrlərdən, məsələn, rəhbərin şəxsi fikirlərindən asılıdır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın