Mühasibat uçotu və mühasibin vəzifələri

15.09.2025C&S Group 101

 

Mühasibat uçotu – müəssisənin maliyyə təsərrüfat fəaliyyətində baş verən dəyişikliklər haqqında məlumatların toplanıb yığılması və dürüstlüyünün təsdiq edilməsi, təhlil edilib nəticələr çıxarılması, o cümlədən qruplaşdırılaraq ümumiləşdirilməsi və sonda əldə edilən nəticələrin hesabat şəklində lazımi istifadəçilərə çatdırılmasıdır. Buna görə də mühasibat uçotuna çox vaxt biznesin rəqəmlər vasitəsilə idarə olunması da deyirlər. 

 

Bəs mühasiblərin vəzifələri nələrdir?

Çoxları belə düşünür ki, mühasib yalnız müəssisənin gəlir və xərclərinin uçotunu aparan bir şəxsdir. Əksər hallarda mühasibat uçotu, qeyd edib saxlama ilə eyniləşdirilir. Halbuki, peşəkar mühasiblər bu işlə məşğul olmur və ya lap az məşğul olur. Ona görə ki, qeydetmə müəssisədəki dəyər hərəkətlərinin olduqca mexaniki bir tərəfidir. Mühasibatlıq isə qeyd edib saxlamağı da daxil etməklə daha genişdir.

Mühasib əməliyyatları qeyd edib saxlamaqdan çox maliyyə hesabatının hazırlanması, maliyyə məlumatlarının işlənib hazırlanması və açıqlanması ilə məşğul olur. Bundan əlavə ümumi hesablamalar, vergi ödəmələri üçün lazımi hesabatlar, büdcə tərtib etmə və nəzarət sisteminin qurulması, araşdırmalar və s. hamısı mühasibat­lığın predmetinə daxildir.

 

Beləliklə, mühasibin qarşısında duran gündəlik vəzifələr aşağıdakılardır:

-müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri qeyd etmək və istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq;

-dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlir, çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmək;

-qanuni mükəlləfiyyətləri yerinə yetirmək:
-    öhdəliklərin (kommunal xərclər, icarə haqqı və s.) vaxtında ödənilməsi;
-    vergilərin və sosial ayırmaların dövlət təşkilatlarına vaxtında ödənilməsi;
-    tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması;

-hüquqi anlaşılmazlıq zamanı sübutedici vasitə olan sənədləri qaydaya salmaq.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın