Mühasibat müşayiəti

19.01.2026C&S Group 95

 

Müəssisənin mühasibat uçotunun müşayiəti və tam aparılması özündə aşağıdakı xidmətləri ehtiva edir:

-şirkətin uçot siyasətinin formalaşdırılması;

-mühasibat uçotunun ilkin sənədlərinin bərpası və sistemləşdirilməsi;

-təşkilatın aktivlərinin, öhdəliyinin və onların hərəkəti barədə məlumatların ilkin sənədlərdə öz əksini tapması;

-əmək haqqının hesablanması, mühasibat uçotu registrlərinin tam tərtibi;

-vergi bazasının, vergi qanunvericiliyində nəzərdə tutulmuş vergilərə uyğun hesablanması;

-vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi;

-nəzarət orqanları ilə qarşılıqlı əlaqə – büdcə ilə hesablaşmaların yoxlanılması, sorğu üzrə sənədlərin surətinin verilməsi, kameral və kompleks yoxlamaların keçirilməsi zamanı müşayiət;

-mühasibat xidməti zamanı vergi planlaşdırılması üzrə konsultasiya da mümkündür. Mühasibat uçotu məlumatlarının müəssisəsinin ümumi idarəetmə uçotuna inteqrasiya mexanizmlərinin işlənməsi, həmçinin tərəflərin razılığı ilə digər məsləhət xidmətləri.

 

Müəssisələrin mühasibat uçotunda müxtəlif səbəblərdən problemlər yığıla bilər. Bu düzgün hesablanmamış vergilər, uçot səhvləri və vaxtında verilməyən vergi bəyannamə və hesabatlarıdır. Bu problemlər sonda müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz öz müştərilərimizə mühasibat və vergi uçotunun bərpası üzrə xidmətlər təklif edirik.

Mühasibat uçotunun bərpasına daxildir:

-ilkin sənədlərin seçilməsi və onların verilmiş hesabatlarla əlaqələndirilməsi, əskik sənədlərin müəssisənin mühasibatlıq xidməti ilə birgə hazırlanması;

-respublikada nağd pul vəsaitləri ilə hesablaşma qaydalarına uyğun kassa və avans hesabatlarının tərtibi;

-maliyə nəticələrinin formalaşdırılması ilə mühasibat registrlərinin yaradılması;

-maliyə hesabatlarının hazırlanması;

-bərpa edilmiş registrlər əsasında vergi bəyannamələrinin formalaşdırılması.

 

Uçotun bərpası prosedurunun müddət və xidmət haqqı ödənişi hər bir müəssisə üçün fərdi, bərpa prosesinin həcmindən, fəaliyyət növündən, sənədlərin həcmindən, xarici-iqtisadi fəaliyyətin mövcudluğundan və sonda müəssisədə bütün zəruri sənədlərin mövcud olub-olmamasına görə müəyyən olunur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın