Mühasibat autsorsinqi

08.10.2026C&S Group 14

 

C&S Group şirkətlərə və sahibkarlara mühasibat uçotunun qurulması, gündəlik əməliyyatların aparılması, hesabatların hazırlanması və maliyyə proseslərinin idarə olunması üzrə peşəkar mühasibatlıq xidmətləri təqdim edir. 

Mühasibatlıq xidməti şirkətin fəaliyyət sahəsi, vergi rejimi, işçi sayı, sənəd və əməliyyat həcmi, eləcə də mövcud uçot vəziyyəti nəzərə alınaraq fərdi qaydada təşkil edilir. Məqsəd yalnız hesabatları təqdim etmək deyil, biznesin maliyyə məlumatlarının dəqiq, sistemli və qanunvericiliyə uyğun idarə olunmasını təmin etməkdir. 

Şirkətimiz 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mühasibatlıq, vergi, maliyyə, hüquq və insan resursları üzrə mütəxəssislərdən ibarət komandamız müxtəlif fəaliyyət sahələrində çalışan 200-dən çox şirkətə xidmət göstərib. 
 

Mühasibatlıq xidmətlərimizə nələr daxildir?

 -mühasibat uçotunun sıfırdan qurulması;

 -gündəlik mühasibat əməliyyatlarının aparılması;

 -ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;

 -vergi, DSMF və statistika hesabatlarının hazırlanması;

 -əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;

 -elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;

 -bank və kassa əməliyyatlarının uçotu;

 -debitor və kreditor borclarının uçotu;

 -anbar və mal-material uçotunun aparılması; 

 -əsas vəsaitlərin uçotu və amortizasiya hesablamaları;

 -maliyyə və idarəetmə hesabatlarının hazırlanması;

 -mövcud mühasibat uçotunun yoxlanılması;

 -mühasibat uçotunun bərpası;

 -dövlət qurumlarından daxil olan bildirişlərin təhlili;

 -mühasibatlıq və vergi məsələləri üzrə konsultasiya.

 
Mühasibat autsorsinqi şirkətin mühasibatlıq funksiyalarının tam və ya qismən kənar peşəkar komandaya həvalə edilməsidir. Bu xidmət sahibkara ayrıca mühasibat komandası formalaşdırmadan, işə qəbul və əvəzetmə proseslərini idarə etmədən davamlı mütəxəssis dəstəyi almağa imkan verir. Xidmət modeli biznesin ölçüsünə, fəaliyyət sahəsinə və əməliyyat

həcminə uyğun müəyyənləşdirilir.

Mühasibatlıq xidmətlərimiz yalnız məlumatların uçot sisteminə daxil edilməsi və hesabatların təqdim olunması ilə məhdudlaşmır. Şirkətin fəaliyyəti qiymətləndirilərkən vergi rejimi, müqavilələr, ilkin sənədlər, bank və kassa əməliyyatları, əməkhaqqı hesablamaları, debitor-kreditor münasibətləri və hesabatlar əlaqəli şəkildə təhlil edilir. Bu yanaşma nəticəsində:

-mühasibatlıq və sənədləşmə risklərini erkən müəyyənləşdirilir;

-hesabat tarixlərinə sistemli nəzarət yaranır;

-maliyyə məlumatları daha düzgün hazırlanır;

-əməliyyatlarla sənədlər arasındakı uyğunsuzluqlar aşkarlanır;

 -rəhbərlik daha dəqiq maliyyə məlumatı əldə edir;

 -mühasibatlıq, vergi və hüquqi proseslər əlaqəli idarə olunur.

 

Xidmət zamanı ilkin mərhələ olaraq şirkətdəki mövcud vəziyyət təhlil olunaraq risk və çatışmazlıqlar müəyyənləşdirilir və xidmət planı hazırlanır. Gündəlik əməliyyatlar, hesablamalar və hesabat prosesləri xidmət planına uyğun idarə olunur, mümkün risklər və vacib dəyişikliklər barədə şirkətə məlumat verilir.
  
Mühasibatlıq və mühasibat autsorsinq xidmətlərimiz kimlər üçün uyğundur?


 - yeni yaradılmış şirkətlər və fərdi sahibkarlar;

 -kiçik və orta bizneslər;

 -filial və nümayəndəliklər, xarici investisiyalı müəssisələr;

 -mövcud mühasibatlıq sistemini yoxlatmaq istəyən şirkətlər;

 -mühasibat uçotunu bərpa etməyə ehtiyacı olan bizneslər;

 -daxili mühasib üçün əlavə ekspert dəstəyi axtaran şirkətlər.

 
C&S Group müxtəlif fəaliyyət sahələrində çalışan bizneslərə mühasibatlıq xidməti göstərə bilər: ticarət və distribusiya şirkətləri, tikinti və istehsal müəssisələri, logistika və nəqliyyat şirkətləri, turizm və xidmət müəssisələri, İT və texnologiya şirkətləri, təhsil və təlim müəssisələri və s. Hər bir fəaliyyət sahəsinin əməliyyat, sənədləşmə və hesabat xüsusiyyətləri fərqli olduğuna görə xidmət modeli biznesin faktiki ehtiyaclarına uyğun hazırlanır.
  
Bu xidmətlərin əsas üstünlükləri:
-davamlı mütəxəssis dəstəyinin əldə edilməsi;

-hesabat və ödəniş tarixlərinə nəzarətin gücləndirilməsi;

-işə qəbul və əməkdaşın əvəzlənməsi yükünün azalması;

-mühasibat və vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;

-maliyyə məlumatlarının sistemli hazırlanması;

-mühasibatlıq, vergi və hüquq üzrə əlaqəli dəstək;

 -xidmət həcminin biznesin ehtiyacına uyğunlaşdırılması 

 -daxili resurslardan daha səmərəli istifadə edilməsi.

 
Mühasibatlıq sənədləri tamamlanmadıqda, hesabatlarla faktiki əməliyyatlar arasında fərqlər yarandıqda və ya müəyyən müddət ərzində uçot aparılmadıqda mühasibat uçotunun bərpasına ehtiyac yarana bilər. Bərpa prosesi zamanı: mövcud sənədlər və təqdim edilmiş hesabatlar təhlil edilir, bank və kassa əməliyyatları yoxlanılır, çatışmayan məlumat və sənədlər müəyyənləşdirilir, uçotla faktiki əməliyyatlar arasındakı fərqlər araşdırılır, risklər qiymətləndirilir. mərhələli bərpa planı hazırlanır, razılaşdırılmış düzəlişlər həyata keçirilir. Bərpa işinin müddəti araşdırılan dövrdən, sənədlərin vəziyyətindən və əməliyyatların həcmindən asılı olaraq müəyyən edilir?

 
C&S Group ilə əməkdaşlığın əsas üstünlükləri:

-2012-ci ildən formalaşmış peşəkar təcrübə;

 -200-dən çox şirkətlə iş təcrübəsi;

 -müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış komanda;

 -biznesin fəaliyyətinə uyğun fərdi xidmət modeli;

 -məxfilik və məsuliyyət prinsiplərinə əsaslanan rəsmi müqavilə əsasında xidmət;

 -davamlı konsultasiya və məlumatlandırma;

 -mühasibatlıq, vergi, maliyyə və hüquq üzrə əlaqəli yanaşma.

 
Mühasibatlıq xidmətinin qiyməti şirkətin fəaliyyət sahəsi, vergi rejimi, işçi sayı, sənəd və əməliyyat həcmi, işin mürəkkəbliyi və tələb olunan xidmətlər əsasında müəyyən edilir. İlkin məlumatlar qiymətləndirildikdən sonra biznesə uyğun xidmət təklifi hazırlanır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın