Mühasibatlıq xidmətləri – düzgün uçot, dayanıqlı biznesdir!
Mühasibat uçotu hər bir şirkətin maliyyə idarəçiliyinin əsasını təşkil edir. Düzgün qurulmuş mühasibatlıq sistemi yalnız hesabatlılığı təmin etmir, həm də biznesin inkişafı üçün düzgün qərarların qəbul edilməsinə şərait yaradır. Lakin tez-tez dəyişən qanunvericilik və mürəkkəb prosedurlar səbəbindən sahibkarların bu sahədə peşəkar dəstəyə ehtiyacı yaranır.
Peşəkar komandamız bütün hesabatların qanunauyğun, şəffaf və vaxtında təqdim olunmasına zəmanət verir.
Təklif etdiyimiz mühasibatlıq xidmətlərinə daxildir:
-mühasibat uçotunun qurulması və aparılması;
-aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
-əməkhaqqı uçotu və əməkdaşların rəsmi qeydiyyatı;
-e-qaimələrin tərtibi və idarə olunması;
-vergi, statistika və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi;
-maliyyə nəticələrinin təhlili və rəhbərliyə təqdim olunması;
-nağd və nağdsız əməliyyatların uçotu;
-bank, kassa, debitor və kreditor hesablarının idarə olunması;
-səhv aparılmış uçotların düzəldilməsi və uyğunlaşdırılması
-mühasibatlıq üzrə daimi məsləhət xidməti və s.
Bizim yanaşmamız yalnız hesabat təqdim etməklə məhdudlaşmır. Biz müştərilərimizin biznesinə dəyər qatmaq, onların gələcək maliyyə planlamasını düzgün qurmaq və riskləri minimuma endirmək üçün çalışırıq.