Mühasib işi

13.09.2021C&S Group 40

 

Hər şirkətin işçi seçimi kriteriyaları fərqlidir. Ancaq müəssisənin ayrılmaz hissəsi olan mühasibatlıq şöbəsi üçün çox şirkət namizəd axtararkən daha dəqiq qərarlar verməyə çalışır. Mühasibatlıq şöbəsi işçi seçimində müvafiq ixtisas üzrə məzun olan namizədlərə daha çox üstünlük verilir. Böyük həcmli maliyyə işləri olmayan şirkətlər, mühasibatlıq üzrə orta texniki təhsil almış namizədlərlə də çalışa bilirlər. İqtisadiyyat, mühasibat, maliyyə, vergi qanunvericiliyi, ticarət hüququ sahələrində məlumatlı olmaq sizə digər namizədlər qarşısında üstünlük yaradacaqdır. Mühasib olmaq üçün tək təhsil yetərli deyil. Şəxsin qanunlar və idarəçilik mövzusunda özünü inkişaf etdirməsi və bu sahədəki dəyişiklikləri davamlı olaraq izləməsi vacibdir. Mühasibatlıq sahəsində görülən işlər rəqəmsal dövrə uyğunlaşdığı üçün bu sahədə çalışacaq namizədin komputer biliklərinə yiyələnməsi zəruridir. İş saatları standart görünsə də hər ayın bəlli dönəmləri və il sonu mühasibatlıq şöbəsinin ən sıx çalışdığı zamanlardır. Bu işi seçənlər müəyyən zamanlarda işdən əlavə çalışmağı da gözə almalıdırlar.

Analitik düşüncəyə malik şəxslər mühasibatlıq sahəsində daha uğurlu olacaqdır. Detalların çox önəmli olduğu bu işdə edilən kiçik bir xəta belə düzəldilməsi çətin olacaq nəticələrə yol açacağından bu işdə diqqət çox önəmlidir.

Bir mühasibdə axtarılan özəlliklər nələrdir?

Mühasib vakansiyası üzrə namizədlər axtaran şirkətlərin elanlarına göz gəzdirsək əksəriyyətində aşağıdakı tələblərlə qarşılaşırıq:

-mühasibat və ya oxşar sahədə təhsil almaqla yanaşı özünü bu sahədə inkişaf etdirmək;

-MS Office proqramları və mühasibat proqramlarından istifadə edə bilmək;

-dövlət qanunvericiliyndən məlumatlı olmaq;

-mühasibat sahəsiylə bağlı teorik bilgiləri iş həyatında istifadə edə bilmək;

-surətli iş rejiminə və komanda ilə çalışmağa uyğunlaşmaq;

-rəhbərlik tərəfindən verilən işləri vaxtında yerinə yetirmək.

-ofis daxili avadanlıqlarla çalışa bilmək.

-şirkət daxili və şirkət xarici yazışmaların aparılması.

İqtisadiyyat və riyaziyyat mühasibatlığın təməl işləmə prinsiplərini təşkil edir. Yuxarıda qeyd etdiyimiz bacarıqlara malik deyilsinizsə, elə indi öyrənməyə başlayın. Ümid edirik ki, bu yazımız sizə daha rahat iş tapmaqda kömək olar.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın