Müəssisənin mühasibat və vergi uçot siyasətinin hazırlanması

17.06.2026C&S Group 13

C&S Group komandası fiziki və hüquqi şəxslərə aşağıdakı xidmətləri təklif edir:

-müəssisə daxili nəzarət sisteminin, operativ və idarəetmə uçotlarının yaradılması və tətbiqi, sənəd dövriyyəsi sxeminin hazırlanması, uçot işinin təşkili;

-uçotun aparılması, vergi və maliyyə hesabatlarının tərtib və təqdim olunması;

-layihə və razılaşmaların mühasibat-hüquqi ekspertizası;

-uçotun bərpa olunması;

-mühasibat və vergi uçotunun məqsədlərinə uyğun olaraq müəssisənin uçot siyasətinin hazırlanması.

- müəssisə üçün lazım olan uçot sisteminin müəyyən olunması;
- məlumatların işlənməsinin optimal sisteminin hazırlanması;
- gərəkli proqram təminatının seçilməsi;
- hər uçot sahəsi üzrə iş həcminin müəyyən olunması;
- tətbiq olunan ilkin sənədlərin formalarının, onların işlənməsi və saxlanmasının təyin edilməsi;
- uçot işçılərinin sayının və ixtisas dərəcəsinin müəyyənləşdirilməsi;
- işçilərin hüquq və vəzifələrinin, məsuliyyətlərinin müəyyənləşdirilməsi;

- hər iş yeri daxil olmaqla, şirkrətdaxili uçot standartlarının işlənməsi; 
- operativ və idarəetmə uçot sistemlərinin işlənməsi və tətbiqi.

 

Uçotun aparılması, vergi və maliyyə hesabatlarının tərtib və təqdim olunması üzrə xidmətlərimiz:

- müəssisənin mühasibatı funksiyasının qismən və ya tam yerinə yetirilməsi;
- alınan ilkin sənədlər əsasında uçotun aparılması;
- hesabatların Dövlət Sosial-Müdafiə Fonduna, Vergi, Statistika və digər dövlət orqanlarına təqdim  olunması;
- təqdim olunmuş hesabatlar üzrə suallarla bağlı nəzarət orqanları ilə əlaqələrin yaradılması.

 

Layihə və razılaşmaların mühasibat-hüquqi ekspertizası üzrə xidmətlər:

- müştəri üçün yeni və ya qeyri-standart təsərrüfat əməliyyatlarının uçotda əks olumasının  maliyyə və vergi nəticələrinin qiymətləndirilməsi;
- birgə fəaliyyət, lizinq, filial və başqa struktur bölmələri kimi ayrıca uçot obyektlərinin maliyyə və vergi uçotunda əks oluması və sənədləşdirilməsi məsələləri üzrə məsləhətlər.

 

Uçotun bərpa olunması üzrə xidmətlər:

- müəssisənin mühasibat uçotunun tam bərpası, dəqiqləşdirilmiş vergi bəyannamələrinin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim olunması;
- ayrı-ayrı sahələr üzrə mühasibat uçotunun qismən bərpası.

 

Mühasibat və vergi uçotunun məqsədlərinə uyğun olaraq müəssisənin uçot siyasətinin hazırlanması üzrə xidmətlər:

-uçot məlumatlarının işlənmə texnologiyasının müəyyən edilməsi;

-vergi uçotunun aparılması metodunun seçilməsi; 

-qanunvericiliyin imkan verdiyi variantlardan müəssisə üçün ən effektivlisinin seçilməsi:

-satış daxilolmalarından ƏDV məqsədləri üçün hesablama vaxtının müəyyən  olunması;

-əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;

-maddi-istehsal ehtiyatlarının dəyər kalkulyasiyası, uçot metodları və yolları;

-illik məzuniyyətlərin ödənilməsi, alına bilməyən borclar və b. hallar üçün  ehtiyatın yaradılması;

-məcburi hallarda qanunverıciliyin tələblərinə uyğun olaraq ayrıca uçotun təşkili;

-yarımçıq istehsalın kalkulyasiyası metodunun təsdiqi;

-sənəd dövriyyəsi qrafikinin hazırlanması və təsdiq olunması;

-vergi uçotu registrlərinin hazırlanması və təsdiq olunması.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın