Maliyyə və mühasibatlıq

05.07.2021C&S Group 1945

 

Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş yerli hüquqi və fiziki şəxslər, nümayəndəliklər və xarici şirkətlər, onların Azərbaycan Respublikasındakı törəmə müəssisələri mühasibat uçotlarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Bu isə öz növbəsində məcburi və ciddi intizama malik hesabat planının qurulmasını və aparılmasını nəzərdə tutur. Təbii ki, bu hal daimi mühasibatlıq xidmətlərinin təşkilini zəruri edir.

“Mühasibat uçotu haqqında” qanuna əsasən xüsusi meyarlara cavab verən büdcə təşkilatları, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və kommersiya təşkilatlarının daxil olduğu bütün əhəmiyyətli qurumlar Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (IFRS) subyektləridirlər və ona tabedirlər. Digər təşkilatlar (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) isə öz seçiminə əsasən ya IFRS və ya Milli Mühasibat Uçotu Standartları əsasında öz işlərini təşkil edə bilərlər. Kiçik özəl müəssisələr də öz növbəsində Milli Mühasibat Uçotu Standartları və ya digər mühasibat metodları arasında seçim etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasında vergitutma ilə bağlı münasibətlər Vergi Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Vergi Məcəlləsi vergi rejimini müəyyənləşdirir və vergitutma qaydalarını müəyyən edir, xüsusi vergi rejimlərinin mövcudluğunu təsbit edir.

Bu kontekstdə, biznesin rəvan çalışması üçün aşağıdakı xidmətləri təklif edirik:

Mühasibatlığın təşkili – müştərinin biznesinin mühasibatlıq uçotunun aparılması, müvafiq hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;

Əmək haqqı xidməti – əmək haqqı sisteminin formalaşdırılması və işçilərin əməyinin düzgün hesablanaraq ödənməsi, işçi sayının azaldılması ilə bağlı əmək haqqı siyasətinin formalaşdırılması, bu sahədə mövcud olan ən yüksək xidmətlərin göstərilməsi;

Debitor və kreditor idarəetməsi – bu sahədə fəaliyyətin təşkili, ödəniş planının və yığım işinin təşkili, zamanında intizamlı ödəniş aparılması, satıcılar və müştərilərlə hesabların üzləşdirilməsi;

Aktivlərin idarə edilməsi –müştəri adından müştəri vəsaitlərinin düzgün idarə edilməsi və gəlir əldə olunmasının təmini;

Vergi planlaması – həm cari,m də gələcək vergi öhdəliklərini minimuma endirmək məqsədilə verginin planlaşdırılması;

Maliyyə prosesləri və nəzarət sistemi – müştəri komandası ilə birlikdə maliyyə proseslərinin və nəzarət sistemlərinin konsepsiyasının hazırlanması, formalaşdırılması və həyata keçirilməsi;

Fond istifadəsi və dövriyyə kapitalı – müştəriyə məsləhət verilməsi, pul vəsaitlərinin hərəkəti və əməliyyat kapitalının idarə edilməsi üzrə müştəri üçün ən son təcrübənin tətbiqi, pul axınının proqnozlaşdırılması və hesablanması;

Audit, qiymətləndirmə və hesabatlar – müəssisənin maliyyə hesabatlarının yoxlanması, maliyyə bəyannamələrinin təqdim edilməsinin təmini, uçot sənədlərinin yoxlanılması;

Mal qalığı və ya “inventar yoxlanışı” – inventar və ya anbarda saxlanılan əşyaların miqdarının və vəziyyətinin fiziki yoxlanılması.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın