Maliyyə-mühasibatliq xidmətləri

01.04.2025C&S Group 330

 

C&S Group, iqtisadi fəaliyyəti müxtəlif sahələr olan yerli və beynəlxalq şirkətlərə maliyyə-mühasibatlıq xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübəyə malikdir. Biz, şirkətin gündəlik və maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən və qarşılıqlı praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik.

Bizim mütəxəssislər sizin xüsusi təşkilati tələblərinizi anlamağa qadirdilər və rəhbərliyin birbaşa nəzarəti altında işləyirlər. Bizim tərəfimizdən təmin edilən xidmət növləri aşağıdakılardır:

-maliyyə-mühasibatlıq, vergi qanunvericiliyi  və şəffaf uçot sisteminin qurulması üzrə konsultasiyaların verilməsi;

-aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və digər idarələrə təqdim edilməsi;

-maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət zərər hesabatları);

-bank hesablarının açılması, ödəniş tapşırıqlarının tərtib olunması, bank köçürmələrinin aparılması, korparativ kart sifarişi, internet banking üçün müraciət və lazımı sənədlərin hazırlnması, ödəmələrin nəzarətdə saxlanılması, pos terminal üçün lazimi sənədlərin hazırlanıb banka təqdim olunması;

-malların və xidmətlərin elektron qaydada yığılması;

-VHF (vergi hesab faktura)-ın tərtib olunması və göndərilməsi;

-qaimə fakturalarının yazılması

-vergidən gələn məktubların cavablandırılması;

 -kassa kitabının və kassa sənədlərinin hazırlanması;

-aylıq mal qalığı, hesab qalığı və debitor kreditor məlumatların verilməsi;

-hər bir mal üçün maya dəyərinin hazırlanması;

-Elektron Hökümət portalından məlumatların götürülməsi, YGB-in nəzarəti.

Göstərdiyimiz xidmətlərin peşəkarlığı dövlət orqanları tərəfindən həyata keçirilən yoxlama tədbirləri zamanı əlavə maliyyə itkilərinə məruz qalmamağınızın təminatıdır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın