Konsaltinq

26.10.2020C&S Group 1590

 

Şirkətlər zəif büdcələrlə əməliyyatlarını davam etdirərkən, bəziləri autsors etməyi keyfiyyəti yuxarıda və xərci aşağıda tutmaq yolu kimi qəbul edir. Autsors yeni bir konsept deyil. İllər boyunca biznes sahibləri mühasibat, Nəzarətçi/CFO xidmətlərini üçüncü bir firmaya transfer ediblər. Bu, əvvəllər böyük şirkətlər üçün bir variant olsa da, bu gün autsoursun qapıları orta və kiçik miqyaslı bizneslərin də faydalana biləcəyi şəkildə açıqdır.

 

KPMG-nin araşdırmalarına görə, şirkətlərin 40%-ə yaxını mühasibatlığında autsorsdan istifadəni artırmağı planlayır. İnkişaf etmiş avtomatlaşdırılmış maliyyə həllərinin və bulud əsaslı sistemlərin varlığı ilə bütün növ şirkətlər; böyük, orta və kiçik olmağından asılı olmayaraq bu variantdan yararlanaraq üstünlüklər əldə edirlər.

 

Mühasibatlığın autsours edilməsi üçün 10 əsas səbəb:

 

Gəlirinizə qənaət edəcəksiniz və xərclərini azaldacaqsınız;

 

Biznes sahibləri,adətən, gəlirlərinin 2-5 % arasını daxili mühasibat şöbələrindəki işçilərinin təlimi üçün xərcləyir. Bu, bəzi şirkətlər üçün çox görünməsə də, mühasibatlığınızı autsors etməyiniz işçi, mühasibat proqramı, hardware və ofis ləvazimatları xərclərini aradan qaldıraraq ümumi xərcinizi azaldacaqdır.

Həmçinin, maliyyə səhvlərinin ortaya çıxara biləcəyi potansial mənfi nəticələr üçün formalaşacaq xərclərdən sizi qoruyacaqdır.

 

Vaxtdan qənaət edəcəksiniz və əməliyyatların səmərəliliyini artıracaqsınız;

 

Fakturalar və Payrolları gözdən keçirməyə daha az vaxt sərf edərək zamanınızı biznesinizin inkişafı və daha yaxşı idarəsi üçün istifadə edə bilərsiniz. İşinizin mütəxəssisi olaraq, enerjinizi biznesinizin hədəfləri, inkişafı və günlük əməliyyatlarınız üçün xərcləməyiniz çox vaxt alır.

 

Peşəkar mühasibatlıq imkanlarına çatacaqsınız;

 

Əgər kiçik bir biznes öz mühasibatlığını idarə edirsə, böyük ehtimalla işləri öhdəliyinə götürən şəxs peşəkar bir mühasib deyil. Ən yaxşı ehtimalla əvvəllər qısa müddət mühasib kimi işləmiş bir komanda üzvünüz ola bilər. Əgər işinin mütəxəssisi bir mühasibi də işə alsanız büdcənizdən itirmiş ola bilərsiniz.

Mühasibatlığınızı autsors edərək bacarıqlı mühasibatlıq komandası ilə işləmək şansı əldə edəcəksiniz. Bu isə hesabat və payrollunuzun həmişə vaxtında verilməsini sığortalayır və sizi xətalardan, dövlət cərimələrindən qoruyur.

 

Texnologiya xərclərindən təsərrüf edəcəksiniz;

 

Autsors edərək mühasibatlıq ehtiyaclarınız üçün ekstra hardware və proqram almağınıza ehtiyac qalmayacaq.  Xidmət aldığınız autsors şirkəti proqramlar vasitəsi ilə əməliyyatlarınızı həyata keçirəcək və sizi müasirləşdirilmiş mühasibatlıq xidməti ilə təmin edəcək.

 

Prosesləri təkmilləşdirəcəksiniz;

 

Bizneslərin çox vaxt dərk etmədiyi mühasibatlıq funksiyasını outsource etməyin gizli faydası budur ki, autsoursinq hazırdakı maliyyə və mühasibatlıq proseslərinizi bir sonrakı səviyyəyə yüksəltmək və inkişaf etdirmək imkanı verir.

Məlumatların gecikməməsi və səmərəliliyin inkişafı üçün autsors şirkətləri ən yaxşı praktikaları və nəzarətləri tətbiq edir. İstər ən son mühasibatlıq proqramından istifadə imkanı olsun, istər payroll proseslərinin inkişafı olsun, müasir mühasibatlıq əməliyyatları xidmət səviyyənizi inkişaf etdirəcək, xərclərinizi azaldacaq, daha yaxşı maliyyə axını ortaya çıxaracaq və şirkətinizi irəliyə aparacaq.

 

Riskləri azaldacaqsınız;

 

Hər beş kiçik biznesdən birində etibar edilən işçi tərəfindən pul oğurluğu olur. Sadiq işçiləri özlərindən şübhələndirməyəcək nəzarət və balans sistemi formalaşdırmaq mümkün deyil, bu da şirkət etikasını kiçildir. Autsours edilmiş muhasibatlıq daha yaxşı həll təqdim edir. Autsoursinq mühasibatlıq xidməti təklif edən şirkətlə əməkdaşlığınız maliyyə hesabatlarınızın ekspertlər tərəfindən idarə edilməsi ilə sizin təkcə puldan, vaxtdan və stresdən qənaət etməyinizə səbəb olmur ,həmçinin, pulunuzun auditi üçün üçüncü bir şirkət ilə də təmin edir. Bu da sizin daxili fırıldaqçılıq riskini azaltmaq üçün nəzarət və balans sisteminizin yerini alacaqdır.

 

Fəal və miqyaslı olacaqsınız;

 

Mühasibatlığınızı autsors edərək insan resursları, texnologiya və infrastrukturunuza qoyduğunuz xərcləri ən minimuma endirərək istehsalınızı artırmaq imkanına sahib olacaqsınız. Bunu sürətli ölçmə və reaksiya vermə mexanizması ilə həyata keçirəcəksiniz və dəyişikliyə daha tez cavab verəcəksiniz. Autsorsinq, təşkilatlara mövsümi və ya xüsusi iş dövrlərinə əsaslanan fəaliyyətləri daha səmərəli idarə etmə bacarığı verir. Bu proseslər şirkət daxilində çox yavaş irəlilədiyi üçün, bizneslər bu qərarların verilməsi üçün məlumatların qəbulunu və bu məlumatlara əsaslanan məsləhətləri autsors şirkətlərindən əldə edir. Autsoursinq biznesinizin enerjisini daha səmərəli sahələrə yönəltməyinizə kömək edəcəkdir.

 

Avtomatlaşdırma nəticəsində daha az kağız sahibi olacaqsınız;

 

Autsors edərək kağız və çap istifadəsi azaldığı üçün kağız, yer və vaxtınızı boşa xərcləməyəcəksiniz. Çap, mürəkkəb, faks, printer və bütün bunların təmiri üçün xərclənən vaxt, vəsait və xərcin nə qədər ola biləcəyini fikirləşəndə autsorsinq sizi hər mənada rahatladacaqdır. Az kağız daha mütəşəkkil olmaq deməkdir. Hər zaman, hər yerdə maliyyə məlumatlarına çata biləcəksiniz

Bugün bulud əsaslı proqramlar maliyyə məlumatlarınıza və qeydlərinizə onlayn olaraq çatmağınıza imkan verir. Maliyyə sağlamlığınız haqqında sahib olacağınız bu məlumatlar daha inamlı və məlumat əsaslı qərarlar verməyinizə kömək edəcəkdir.

 

Etibar və psixoloji rahatlığa sahib olacaqsınız;

 

Mühasibat uçotu və hesabatlarını dəqiq və vaxtında əldə edərək biznesinizin ümumi maliyyə sağlamlığını bütün açıqlığı ilə görə bilməyiniz sizi, daha dəqiq və məlumat əsaslı qərar verməyiniz üçün daha yaxşı və dinc düşünmə gücü ilə təmin edəcəkdir. Mühasibatlığınızı autsors edərək maliyyə məlumatlarınızın səhvlik ya da fırıldaqçılıqdan təmizlənmiş bir şəkildə olduğundan əmin olacaqsınız və həmişə etibar edə biləcəyiniz təcrübəli mühasib peşəkarlarla ünsiyyətdə olacaqsınız. Şirkətinizin böyüklüyündən asılı olmayaraq autsorsinq çox məntiqlidir. Bu, sizi maliyyə fəaliyyətiniz barədə ehtiyacınız olan inam və təhlükəsizlik ilə təmin edərək diqqətinizin şirkətinizin böyüməsinə verməyinizə imkan verir.

 

Bəs şirkətlər mühasibatlığını nə vaxt autsours etməlidir?

 

Autsours şirkətət müraciət etmək üçün yanlış bir zaman yoxdur. Start-uplar, kiçik və orta miqyaslı bizneslər üçün fəaliyyətlərinin hər hansı bir vaxtında mühasibatlığın autsoursinqi çox uyğundur. 3 ya da 300 nəfər işçinizin olmasından asılı olmayaraq hər zaman uyğunluq tələbləri, payroll və hesabat ehtiyaclarınız olacaqdır.

 

Xülasə, autsorsinqə nə qədər tez müraciət etsəniz onun faydalarından o qədər tez yararlanmağa başlayaraq rəqiblərinizi qabaqlayacaqsınız.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın