Kadr uçotunun təşkili

06.04.2026C&S Group 39

 

Əmək münasibətlərinin düzgün qurulması və sənədləşməsi hər bir şirkət üçün hüquqi sabitliyin əsas şərtidir. Biz, kadr uçotunun təşkili, əmək qanunvericiliyinə uyğun sənədləşmə və əməkdaşlarla münasibətlərin rəsmiləşdirilməsi sahəsində tam peşəkar xidmət göstəririk. Siz yalnız işinizə fokuslanırsınız, sənədləşmə və yoxlamalarla bağlı bütün proseslər tərəfimizdən qanunauyğun və dəqiq şəkildə idarə olunur.

İş prosesimiz haqqında:

-hazırkı kadr uçotu sisteminin təhlili və risklərin aşkarlanması;

-kadr sənədlərinin hazırlanması və standartlaşdırılması;

-işə qəbul və işdən çıxma prosedurlarının təşkili;

-əmək müqavilələrinin hazırlanması və qeydiyyatı;

-əmrlərin və digər sənədlərin hazırlanması;

-aylıq və illik kadr hesabatlarının tərtibi;

-kadr arxivinin yaradılması (elektron və kağız formasında);

-Əmək Müfəttişliyi və DSMF yoxlamaları zamanı müşayiət.

Xidmətlərimizə daxildir:

-əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və ləğvi;

-işə qəbul sənədlərinin hazırlanması;

-işdən çıxış prosedurlarının icrası;

-məzuniyyət və ezamiyyət əmrlərinin hazırlanması;

-əmək haqqı və məzuniyyət cədvəllərinin tərtibi;

-şəxsi işlərin formalaşdırılması və saxlanılması;

-əmək kitabçalarının doldurulması;

-əmək qanunvericiliyi üzrə məsləhətlərin verilməsi;

-məzuniyyət və iş rejimi sənədlərinin düzgün hazırlanması;

-mütəmadi olaraq kadr uçotu ilə bağlı yoxlamalara hazır vəziyyətin təmin olunması;

-dövlət portallarında əmək müqavilələrinin qeydiyyatı və idarə olunması;

-işçilərin sığortalanması üzrə işlər;

-aylıq tabel uçotunun tərtib edilməsi;

-məzuniyyət, işə qəbul, xitam və s. əmrlərin hazırlanması.

 

Kadr uçotunun düzgün aparılmaması hansı riskləri yaradır?

-cərimələr və sanksiyalar;

-işçinin iddiası ilə məhkəmə problemləri;

-sığorta və sosial ödənişlərdə uyğunsuzluqlar;

-yoxlama zamanı fəaliyyətin dayandırılması riski.

Biz bu problemlərə yol vermədən, sizə uyğun həll yolları təqdim edirik.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın