İstifadə edilməmiş məzuniyyətin kompensasiyası

12.05.2026C&S Group 14

 

Bir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir?

İşçilərin istifadə etmədiyi məzuniyyətə görə bir neçə ilin kompensasiyası bir ay içində hesablandıqda ayrı yoxsa bütövlükdə hesablanmalıdır? Məsələn, 2022-ci il üzrə 30, 2023-cü il üzrə 30 və 2024-cü il üzrə 30 gün istifadə edilməmiş məzuniyyət olduğu halda, işçinin əmək müqaviləsinə xitam verilərsə yaxud qarşılıqlı razılaşma əsasında həmin illərin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya verilər hər ilə görə hesablama ayrı aparılır? Ümumiyyətlə əlavə məzuniyyətlərə görə kompensasiya verilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Sorğunun ikinci hissəsi ilə bağlı bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərində istifadə etmədiyi Əmək Məcəlləsinin115–117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilir. Qərar dərc edildiyi gündən, 18 fevral 2026-cı il tarixindən qüvvədədir və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilən bütün hallara şamil olunur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın