Hüquqi xidmətlər üzrə təkliflərimiz

10.08.2026C&S Group 5

 

Azərbaycan qanunvericiliyinə əsasən istənilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmazdan əvvəl fiziki şəxs (fərdi sahibkar) yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir. Hüquqi və fiziki şəxslərin qeydiyyatı müəyyən bacarıq, bilik tələb edən prosesdir. Buna görə də vaxtınızı Azərbaycan qanunvericiliyi qeydiyyat prosesinin bütün incəliklərini öyrənməyə sərf etmədən bu işi öz sahələrinin peşəkar mütəxəssislərinə müraciət etməklə həll edə bilərsiniz.

C&S Group konsaltinq şirkətinin mütəxəssisləri fəaliyyətinizin təşkilati-hüquqi forması  haqqında qərar qəbul etməyə sizə kömək edəcək, bütün məqamları müqayisə edərək, onların hər birinin müsbət və mənfi cəhətlərini ətraflı izah edəcəklər.

Müştərilərimizə hansı xidmətləri təklif edirik?

-fərdi sahibkarlığın qeydiyyatı, VÖEN alınması;

-fiziki şəxsin vergi uçotunun ləğvi;

-ailə kəndli təsərrüfatı başçılarının qeydiyyatı;

-torpaq mülkiyyətçilərinin qeydiyyatı;

-xüsusi vergi rejiminin tətbiqi haqqında məlumatların təqdim edilməsi;

-fiziki şəxsin yenidən qeydə alınması;

-kommersiya təşkilatının dövlət qeydiyyatı üzrə sənədlər paketinin hazırlanması və qeydiyyatı;

-yerli investisiyalı MMC-nin e-qeydiyyatı;

-xarici filiallar, nümayəndəliklərin qeydiyyatı;

-hüquqi şəxslər üzrə xüsusi vergi rejiminin tətbiqi barədə məlumatların təqdimi;

-qeydiyyat şəhadətnaməsinin alınması;

-təsis sənədlərində düzəlişlərin aparılması, onların qeydiyyatı;

-yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumatların hazırlanması;

-vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatı, fəaliyyətin dayandırılması, vergi uçotdan çıxma, dövlət qeydiyyatının ləğvi;

-şəhadətnamə-dublikatın alınması, bankda hesab açılması;

-vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı, qeydiyyatın ləğvi;

-nəzarət-kassa aparatının qeydiyyatı, qeydiyyatdan çıxarılması;

-qeydiyyat üzrə digər xidmətlər.

Miqrasiya sənədlərinin müstəqil hazırlanması zamanı bir sıra məsələlər ortaya çıxır ki, onların yanlış həlli gözlənilməyən nəticələrə səbəb ola bilər. Biz sizə:

-müvafiq miqrasiya sənədlərinin tərkibini müəyyən etməyə kömək edəcək;

-sizin əvəzinizə ərizələri düzgün, operativ dolduracaq, bütün lazımi sənədləri toplayacaq;

-harada və nə vaxt sənədləri şəxsən təqdim və qəbul etməli olduğunuzu bildirəcəyik;

-eyni zamanda inzibati reqlamentlərə uyğun olaraq zəruri prosedurların icrası zamanı sizi müşayiət edəcəyik. 

Çox vaxt əcnəbi əməkdaşı işə götürmək istəyən işəgötürən əcnəbi vətəndaşların rəsmi qeydiyyatı, onlarla əməkdaşlıqla bağlı əmək hüququ məsələləri ilə üzləşir. Şirkətə əcnəbiləri işə qəbul edən zaman hüquqşünaslardan ibarət heyət tutmaq hər zaman lazım olmur. Əgər siz xaricdən gələn işçilərə miqrasiya sənədlərinin hazırlanması işlərini bizim konsaltinq şirkətinə həvalə etsəniz, peşəkar komandamızdan əcnəbilərin işə qəbulunun bütün aspektləri üzrə birdəfəlik pulsuz məsləhət alacaqsınız!

 

Əqli mülkiyyət hüququnun sənədləşməsi üzrə xidmətimiz nələri əhatə edir?

-müştərinin digərlərinin intellektual mülkiyyət hüququnu pozmaması üçün  auditin aparılması;

-əqli mülkiyyət üzrə müqavilələrin hazırlanması və təhlili;

-mübahisələrin həlli.

 

Mütəxəssislərimiz müştərilərin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətdə uyğun bilik və təcrübəyə malikdirlər. Biz patent, sertifikat kimi sənədlərin alınmasına, əmtəə nişanlarının qeydiyyatına kömək edir, lisenziya, françayzinq, əqli mülkiyyət hüquqlarının ötürülməsi müqavilələri üzrə məsləhətlər verir, onları analiz və tərtib edirik. 

Patent, əmtəə nişanlarının sənədləşməsi xidməti üzrə təkliflərimiz:

-əmtəə nişanlarının alınması;

-müəllif hüquqları, patent, habelə əmtəə nişanlarını qorumaq üçün uyğun sənədlərin hazırlanması;

-əmtəə nişanlarının qeydiyyatı, əmtəə nişanlarına iddia sənədlərinin verilməsi;

-əmtəə nişanı axtarışı, əmtəə nişanlarının əldə edilməsi üzrə razılaşmalar;

-patentin qeydiyyat sənədləri, ərizələrin, müqavilələrin hazırlanması, şikayətlərin verilməsi;

-lisenziya, habelə hüquqların ötürülməsi məqsədi ilə müqavilələrin hazırlanması.

 

Bütün xidmətlər əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Məxfilik, məlumatların açıqlanmaması tərəfimizdən qanunlara uyğun təmin edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın