Hüquqi xidmətlər

12.01.2021C&S Group 82

 

Kompleks hüquqi xidmət barəsində müqavilə bağlanılarkən müştəri, hüquq problemlərinin tam kompleksdə uğurla aradan qaldırılması üçün zəruri və lazımi xidmətlərin tam spektrini əldə edir:

 

·         dövlət qurumlarında layihənin razılaşdırılması, icazələrin verilməsi və hüquq təyinedici sənədlərin (şəhadətnamələrin) alınması suallarla bağlı təmsilçilik;

·         müştərinin sifarişinə əsasən AR Normativ-hüquqi sənədlərinin axtarışı, toplanması, təhlili və təqdim edilməsi;

·         sazişin və ya layihənin hüquqi müşayiəti;

·         dövlət tərəfindən şirkətdə keçirilən yoxlamalarda prosessual hərəkətlərinə yoxlayıcılar tərəfindən riayət edilməsinə, yoxlayıcıların düzgün rəy verilməsinə, yoxlama nəticələrin düzgün rəsmiləşdirilməsinə və prosessual sənədlərin tərtib edilməsinə hüquqi nəzarət məqsədilə iştirak;

·         qüvvədə olan və ya Müştərinin partnyorları tərəfindən təqdim edilmiş müqavilələrin ekspertizası və dəyişikliklərin edilməsi;

·         müştərinin partnyorları tərəfindən təqdim edilmiş əlverişli dəyişikliklərin edilməsi təklifi haqqında sənədlərin təhlili;

·         müqavilələrin bağlanması, icra edilməsi, dəyişdirilməsi və ləğv edilməsi zamanı yaranan mübahisələrin həll edilməsinə aid hüquqi xidmətlər;

·         müqavilələrin bağlanması barədə danışıqlar aparılarkən maraqların təmsili;

·         müqavilələrə xitam verilməsi ilə bağlı tədbirlərin keçirilməsi;

 

HR-konsaltinq:

·         şirkətin daxili sənədlərin mövcud olması və düzgün tərtib edilməsinin yoxlanılması (daxili əmək nizam qaydaları haqqında əsasnamə, vəzifə təlimatları və s.)

·         əsas HR sənədlərinin auditi (ştat cədvəli, iş vaxtının hesablanma cədvəli, işçilərlə əmək müqavilələr)

·         daxili əmrlərin rəsmiləşdirilməsi və qeydiyyatı şəxsi kartların aparılma qaydaları, əmək kitabçaların, məzuniyyətlərlə bağlı kargüzarlığın mövcud olmasının yoxlanılması.

·         abunə hüquqi xidmətlərin qiyməti razılaşma əsasında müəyyən edilir. 

 

Konsaltinq xidmətləri:

·         biznesin hüquqi müşaiyəti;

·         biznes, iqtisadi siyasət, hüquqi vəziyyət sahəsində məsləhətlərin verilməsi,  investisiya layihələrinin müşaiyət olunması;

·         daxili sənədlərin (vəzifə təlimatlarının, struktur bölmələrin  əsasnamələrin və s.) hazırlanması və / və ya təhlili.;

·         sənədlərin düzgün tərtib olunmasına nəzarət və onların yoxlanılması;

·         müqavilə üzrə ziddiyyətlərin aradan qaldırılması üçün köməklik göstərilməsi.

Hüquqi şəxslərin qeydiyyatı:

·         hüquqi şəxslərin dövlət qeydiyyatında köməklik;

·         direktorun dəyişdirilməsi;

·         təsisçilərin və ya təsisçiləri arasında nizamnamə kapitalında payların bölüşdürülməsində dəyişiklik;

·         satış və hər hansı bir üçüncü tərəf nizamnamə kapitalının səhmlərin ianə;

·         hüquqi şəxsin adının dəyişdirilməsi;

·         ünvanın dəyişdirilməsi;

·         hüquqi şəxsin filialın və ya nümayəndəliyinin qeydiyyatı;

·         hüquqi şəxslərin təsis sənədlərində hər hansı digər dəyişikliklər.

Hüquqi məsləhətlər:

·         miqrasiya məsələləri üzrə;

·         lisenziyalaşdırma məsələləri üzrə;

·         müqavilələr, ərizə, şikayət və digər sənədlərin hazırlanması ilə bağlı məsələlər üzrə;

·         vergi məsələləri üzrə;

·         qanunvericiliyə bağlı digər məsələlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın