Kompleks hüquqi xidmət barəsində müqavilə bağlanılarkən müştəri, hüquq problemlərinin tam kompleksdə uğurla aradan qaldırılması üçün zəruri və lazımi xidmətlərin tam spektrini əldə edir:
· dövlət qurumlarında layihənin razılaşdırılması, icazələrin verilməsi və hüquq təyinedici sənədlərin (şəhadətnamələrin) alınması suallarla bağlı təmsilçilik;
· müştərinin sifarişinə əsasən AR Normativ-hüquqi sənədlərinin axtarışı, toplanması, təhlili və təqdim edilməsi;
· sazişin və ya layihənin hüquqi müşayiəti;
· dövlət tərəfindən şirkətdə keçirilən yoxlamalarda prosessual hərəkətlərinə yoxlayıcılar tərəfindən riayət edilməsinə, yoxlayıcıların düzgün rəy verilməsinə, yoxlama nəticələrin düzgün rəsmiləşdirilməsinə və prosessual sənədlərin tərtib edilməsinə hüquqi nəzarət məqsədilə iştirak;
· qüvvədə olan və ya Müştərinin partnyorları tərəfindən təqdim edilmiş müqavilələrin ekspertizası və dəyişikliklərin edilməsi;
· müştərinin partnyorları tərəfindən təqdim edilmiş əlverişli dəyişikliklərin edilməsi təklifi haqqında sənədlərin təhlili;
· müqavilələrin bağlanması, icra edilməsi, dəyişdirilməsi və ləğv edilməsi zamanı yaranan mübahisələrin həll edilməsinə aid hüquqi xidmətlər;
· müqavilələrin bağlanması barədə danışıqlar aparılarkən maraqların təmsili;
· müqavilələrə xitam verilməsi ilə bağlı tədbirlərin keçirilməsi;
HR-konsaltinq:
· şirkətin daxili sənədlərin mövcud olması və düzgün tərtib edilməsinin yoxlanılması (daxili əmək nizam qaydaları haqqında əsasnamə, vəzifə təlimatları və s.)
· əsas HR sənədlərinin auditi (ştat cədvəli, iş vaxtının hesablanma cədvəli, işçilərlə əmək müqavilələr)
· daxili əmrlərin rəsmiləşdirilməsi və qeydiyyatı şəxsi kartların aparılma qaydaları, əmək kitabçaların, məzuniyyətlərlə bağlı kargüzarlığın mövcud olmasının yoxlanılması.
· abunə hüquqi xidmətlərin qiyməti razılaşma əsasında müəyyən edilir.
Konsaltinq xidmətləri:
· biznesin hüquqi müşaiyəti;
· biznes, iqtisadi siyasət, hüquqi vəziyyət sahəsində məsləhətlərin verilməsi, investisiya layihələrinin müşaiyət olunması;
· daxili sənədlərin (vəzifə təlimatlarının, struktur bölmələrin əsasnamələrin və s.) hazırlanması və / və ya təhlili.;
· sənədlərin düzgün tərtib olunmasına nəzarət və onların yoxlanılması;
· müqavilə üzrə ziddiyyətlərin aradan qaldırılması üçün köməklik göstərilməsi.
Hüquqi şəxslərin qeydiyyatı:
· hüquqi şəxslərin dövlət qeydiyyatında köməklik;
· direktorun dəyişdirilməsi;
· təsisçilərin və ya təsisçiləri arasında nizamnamə kapitalında payların bölüşdürülməsində dəyişiklik;
· satış və hər hansı bir üçüncü tərəf nizamnamə kapitalının səhmlərin ianə;
· hüquqi şəxsin adının dəyişdirilməsi;
· ünvanın dəyişdirilməsi;
· hüquqi şəxsin filialın və ya nümayəndəliyinin qeydiyyatı;
· hüquqi şəxslərin təsis sənədlərində hər hansı digər dəyişikliklər.
Hüquqi məsləhətlər:
· miqrasiya məsələləri üzrə;
· lisenziyalaşdırma məsələləri üzrə;
· müqavilələr, ərizə, şikayət və digər sənədlərin hazırlanması ilə bağlı məsələlər üzrə;
· vergi məsələləri üzrə;
· qanunvericiliyə bağlı digər məsələlər.