Bir çox şirkət fəaliyyətə başlayarkən ƏDV qeydiyyatına könüllü qoşulur. Lakin müəyyən müddətdən sonra dövriyyə azalır və ya fəaliyyət dəyişir. Bu zaman sual yaranır ki, ƏDV qeydiyyatını hansı hallarda və necə ləğv etmək olar?
Vergi Məcəlləsinə əsasən ƏDV qeydiyyatı aşağıdakı hallarda ləğv edilə bilər:
1.Könüllü qeydiyyat olduqda;
Əgər şirkət könüllü şəkildə ƏDV qeydiyyatına düşmüşdürsə və Son 12 ay üzrə vergi tutulan əməliyyatların həcmi məcburi limitdən aşağıdır, vergi borcu yoxdursa ƏDV qeydiyyatı ləğv edilə bilər.
2.Şirkət fəaliyyətini dayandırırsa və vergi tutulan əməliyyat aparmırsa.
3.Əgər şərtlər ödənilirsə ƏDV qeydiyyatı ləğv edilir və bu barədə bildiriş göndərilir.
Ən vacib məsələ isə ƏDV üzrə düzəliş (inventar qalığı).
Əgər şirkət ƏDV qeydiyyatında olarkən, ƏDV-li mallar və əsas vəsait alıb, ƏDV-ni əvəzləşdirib və sonra qeydiyyatı ləğv edibsə balansda qalan mallar üzrə ƏDV düzəlişi tələb oluna bilər.
Vacib və tez-tez unudulan məqamlardan biri balansda qalan mallar üzrə vaxtilə əvəzləşdirilmiş ƏDV geri hesablanmalıdır.
Bu sahədə ən çox edilən səhvlər nələrdir?
-ƏDV qeydiyyatını ləğv edib sonra yenidən ƏDV-li satış etmək;
-balans qalığını düzgün hesablamaqdan yayınmaq;
-ləğv etməzdən əvvəl böyük alış etmək;
-vergi borcunu bağlamadan ərizə vermək.
ƏDV qeydiyyatının ləğvi maliyyə baxımından ciddi planlama tələb edir. Əks halda, ƏDV düzəlişi yarana, vergi riski formalaşa və gələcək əməliyyatlarda məhdudiyyət yarana bilər. Qeydiyyatı ləğv etməzdən əvvəl dövriyyə analiz etmək, balans qalığını yoxlamaq, ƏDV düzəliş riskini hesablamaq və gələcək planları nəzərə almaq vacibdir. Əgər müştəri ƏDV ödəyicisidirsə, ixrac fəaliyyəti varsa və böyük alışlar planlaşdırılırsa ƏDV-də qalmaq daha sərfəlidir.