Hər bir sahibkara uğurlu biznes üçün lazım olan sahələrdən biri də mühasibatlıqdır. Düzgün mühasibat uçotunun aparılması və bütün hesabatların qaydasında olması, şirkətin uğurlu olmasına gətirib çıxaran başlıca amillərdəndir.
Rəqəmlərlə işləmək çətin olduğundan bu iş bəzən sahibkarları yorur.
Bu zaman sizə C&S Group sizin köməyinizə çatır. Mühasibatlıq-maliyyə ilə əlaqəli bütün işlərinizi bizim mütəxəssislərə həvalə edə bilərsiniz!
C&S Group sizə aşağıdakı xidmətləri təklif edir:
-mühasibat uçotunun AR qanunvericiliyi və normativ-hüquqi aktlarına əsasən aparılmasının təmin edilməsi;
-bütün dövlət orqanları tərəfindən təyin olunmuş yoxlamaların qəbul edilməsi, təhlili və müştəriyə lazımı məlumatların verilməsi;
-DVX və DSMF tərəfindən daxil olan bütün növ məktubların, müraciətlərin, uyğunsuzluq məktublarının cavablandırılmasının təmin edilməsi;
-"Sifarişçi” tərəfindən təqdim olunan sənədlər və yazılı məlumatlar əsasında daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
-Gündəlik əməliyyatların daxil olan məlumatlar əsasında həyata keçirilməsi;
-İlkin sənədlər və mühasibat sənədləri əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
- Bütün dövlət orqanlarına mühasibat uçotu əsasında hesabatların təqdim edilməsi;
- Sıfırdan mühasibat uçotunun qurulması və aparılması.