Biznesin uğurlu idarəsi

10.02.2021C&S Group 1148

 

 

“Wal-Mart” yaradıcısı - Samuel Waltondan biznesin uğurlu idarə edilməsi sirləri:

-öz biznesinizə hər kəsdən daha çox inanın: Mənə elə gəlir ki, işimə qarşı duyduğum şiddətli ehtiras sayəsində şəxsi çatışmazlıqlarımın öhdəsindən gələ bilmişəm. Bilmirəm siz də eyni hiss ilə doğulmusunuz yaxud bunu öyrənə bilərsinizmi, lakin bilirəm ki, bu sizin üçün mütləqdir. Əgər öz işinizi sevirsinizsə onu daha yaxşı etmək naminə hər gün ona doğru gedəcəksiniz. Bu yöndə irəliləyə bilsəniz, yəqin ki, qısa zaman ərzində ətrafınızdakı hər kəs sizin işinizə qarşı olan tutumunuzdan danışacaq.

 

-gəlirinizi bütün partnyorlarınız ilə bölüşün; bu zaman onlarda öz növbəsində sizi partnyor olaraq dəyərləndirməyə başlayacaq və birlikdə ideyalarınızı gerçəkləşdirmək şansını artırmış olacaqsınız. Nəzarəti əldə saxlayın, lakin lazım gəldikdə özünüzü güzəştə getməyə hazır olan lider kimi nümayiş etdirin. Şirkətinizdən pay verərək partnyorlarınızın sayını çoxalda da bilərsiniz. Bu, bizim nə vaxtsa atdığımız ən yaxşı addımdır.

 

-partnyorlarınızı motivasiya edin; yalnızca pul və əmlak kifayət etmir. Mütəmadi olaraq günbəgün yeni və daha maraqlı motivasiya üsulları axtarın. Yüksək məqsədlər təyin edin, rəqabəti gücləndirin və bununla bərabər hesabınıza nəzarət etməyi unutmayın. Ənənəvi iş normasını dəyişin.

 

-uğurlarınızı qeyd edin, uğursuzluq yaşadıqda uzun zaman üzərində dayanmayın. Özünüzə bu qədər ciddi yanaşmayın. Siz rahat olduğunuz təqdirdə bütün işləriniz öz axarına düşəcək. Hər kəs uğursuzluğuna ağladığı bir vaxtda əyləncənizi daha da artırın və hər kəsi sizinlə əylənməyə məcbur edin. Uğurunuzu maksimum şəkildə qeyd edin, belə ki, əldə edilən uğurun mahiyyətini yalnız bu şəkildə anlayacaqsınız.

 

-şirkətinizdə çalışan hər kəsə vaxt ayırın, onlarla ünsiyyət qurub fikir mübadiləsi aparın. Onların bildiklərini sizində bilməniz önəmlidir; keyfiyyətin tam menecmenti də məhz budur. Şirkətiniz çərçivəsində yaxşı ideyaları inkişaf etdirmək üçün partnyorlarınızın fikirlərinə nəzər yetirin.

 

-müştərilərinizin gözləntilərini üstələyin; müştərilərin gözləntilərini doğrultmaqla və hətta daha artığını etməklə onların yenidən sizə geri dönməsini təmin etmək olar. Onların sizdən istədiyi işləri yüksək səviyyədə həll edərək onları qiymətləndirdiyinizi bildirin. Bütün səhvlərinizi kompensasiya edin və özünüzə bəraət qazandırmayın.

 

-xərclərinizi rəqiblərinizdən daha yaxşı idarə edin; maliyyə məsələlərini məntiqi şəkildə həll etmək biznesdə uğurun zəmanətçisidir. “Wal-Mart” dünyada məşhur pərakəndə satış nümunəsinə çevrilməzdən əvvəl ardıcıl olaraq 20 il ərzində xərcləri daima ciddi nəzarətdə saxlanılmışdır.

 

-axına qarşı öz yolunuz ilə gedərək adi yanaşmalardan imtina edin. Unutmayın ki, əgər hər kəs axın istiqamətində gedirsə, axına qarşı getməklə,bəlkə də, öz yolunuzu tapa bilərsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın