Biznes planlarının hazırlanması

05.09.2025C&S Group 87

 

Biznes planların yazılması, yeni bir işin qurulması və mövcud bir işin inkişaf etdirilməsi üçün vacib bir addımdır. Biznes plan, müəssisənin məqsəd və hədəflərini, bazar imkanlarını, fəaliyyət strategiyasını və maliyyə gözləntilərini ətraflı şəkildə təsvir edən bir sənəddir. İnvestorları və kredit verənləri cəlb etmək üçün də istifadə olunur. Yaxşı hazırlanmış biznes planı, potensial riskləri və fürsətləri müəyyən etməyə kömək edir və işin uğurlu olmasını təmin edir.

Biznes planının ümumi strukturuna daxil edilən əsas hissələr hansılardır?

İcra xülasəsi, biznes planının ən vacib hissəsi olub, planın qısa xülasəsini təqdim edir. O, şirkətin adı, məqsədi, təklif etdiyi məhsul və xidmətlər, bazar hədəfi və maliyyə məqsədləri haqqında qısa məlumat verir. Bu hissə investorlar üçün çox önəmlidir, çünki onlar bu bölməyə əsaslanaraq davam edib etməməyə qərar verə bilərlər.

Şirkət təsviri, şirkətin və ya təşkilatın misyonu, vizyonu, hüquqi strukturu (məsələn, fərdi sahibkarlıq, məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti və s.) haqqında məlumat verir. Bununla birlikdə, iştirakçıların rolunu və şirkətin fəaliyyət göstərəcəyi sahəni açıqlayır.

Bazar araşdırması, hədəf bazarını müəyyənləşdirir, bazarın ölçüsünü, tələbatını və potensialını təhlil edir. Rəqabət təhlili təqdim edir,  şirkətin güclü və zəif tərəflərini göstərir. Hədəf auditoriyası və onların ehtiyacları barədə ətraflı məlumat verir.

Məhsul və xidmətlər, şirkətin təklif etdiyi məhsul və ya xidmətlər haqqında geniş məlumat verir. Bu, məhsulların və ya xidmətlərin bazardakı tələblərə necə cavab verdiyini, innovativ aspektlərini və potensial faydalarını vurğulamaq üçün önəmlidir.

Marketinq və satış strategiyası, şirkətin bazara necə çıxacağı, reklam və tanıtım planları, satış strategiyası və müştəri əlaqələri barədə məlumat verir.

İdarəetmə və komanda, şirkət və ya layihə üçün idarəetmə komandası, onların təcrübələri və müvafiq bacarıqları haqqında məlumat verir. Hər bir komanda üzvünün rolunu və şirkətin inkişafına necə təsir edəcəyini izah edir.

Fəaliyyət planı, şirkətin gündəlik əməliyyatlarını necə idarə edəcəyini təsvir edir. İstehsal prosesi, xidmət təqdimatı, əməkdaşlar, texnologiya və digər əməliyyat aspektləri haqqında məlumat verir.

Maliyyə planı, şirkətin maliyyə vəziyyəti, büdcə, gəlir və xərc proqnozları, qazanc və itki təhlilləri, pul axını planı və digər maliyyə göstəriciləri haqqında məlumat verir. Yatırımçılar və kredit verənlər üçün vacib olan gəlir gözləntiləri, xərclər, nağd pul ehtiyatları və şirkətin gələcəkdə qazanc əldə etmə potensialı haqqında təfərrüatları özündə cəmləşdirir.

Risklər və çətinliklər, müəssisənin qarşılaşa biləcəyi əsas risklər və çətinliklər haqqında məlumatdır. Bu risklərə qarşı götürüləcək tədbirlər və strateji yanaşmalar haqqında qısa izahı əhatə edir

Əlavələrə, əlavə məlumatlar, qrafiklər, cədvəllər, bazar araşdırma sənədləri və digər dəstək materialları, həmçinin hüquqi sənədlər, müqavilələr və ya digər müvafiq sənədlər daxil edilə bilər.

Biznes plan konkret bir vaxt çərçivəsi üçün nəzərdə tutulur və təşkilatın böyüməsini, gəlir əldə etmə strategiyalarını, müştəri qazanma planlarını və digər əhəmiyyətli məsələləri əhatə edir. Mükəmməl tərtib edilmiş biznes plan bazar dəyişikliklərinə qarşı adekvat davranış sərgiləməyə zəmin yaradır. 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın