C&S Group

VERGİ MÜNASİBƏTLƏRİ

Vergi münasibətlərinin tənzimlənməsi.

CSGroup

Vergi münasibətləri;

- Vergi qeydiyyatı və uçotu;

- Fəaliyyətinizə və gəlirinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;

- Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;

- Azərbaycan Respublikasında vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada həllində kömək;

- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

- Həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həlli;

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.

Vergi uçotunun əsəs məqsədi müəssisədə baş vermiş hər bir təsərrüfat əməliyyatının vergi məqsədləri üçün necə uçota alınması barədə tam və düzgün məlumatların formalaşmasıdır.

Vergi uçotunun əsas funksiyası aşagıdakılar hesab edilir:

-          ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;

-          ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;

-          vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;

-          düzgün və dəqiq vergi hesabatını formalasdırmaq;

-          vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.

bt_bb_section_bottom_section_coverage_image
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın