C&S Group

MÜHASİBATLIQ XİDMƏTİ

Idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması.

CSGroup

 

Hər bir müəssisə mühasibat, vergi və maliyyə uçotu aparmalıdır. Bu, təsərrüfat fəaliyyətlərinin fasiləsiz olaraq sənədləşdirilməsi, onların təhlili, hesabatların tərtib edilməsi və daha sonra müvafiq orqanlara verilməsi prosesini nəzərdə tutur. Mühasibat uçotunun düzgün aparılmasında ilk növbədə qanun qarşısında məsuliyyət daşıyan müəssisə rəhbərləri maraqlıdır. Şirkətimizin autsorsinq və konsaltinq sahəsində çoxillik uğurlu iş təcrübəsi var, buna görə müəssisə rəhbərliyinin şirkətimizin yüksək ixtisaslı iqtisadçıları, mühasiblərindən aldığı məsləhətlər mühasibat və vergi risklərinin minimuma endirilməsində güclü vasitədir.

Şirkətin mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyətinin bütün sahələrini əhatə edən fasiləsiz proses olduğu üçün biz müvafiq xidmətlərin geniş spektrini təqdim edirik. Sifarişçi bu xidmətlərdən şəxsi biznesi üçün optimal paket formalaşdıra bilər. Göstərilən mühasibat xidmətlərinə aşağıdakılar daxildir:

- hesabatların hazırlanması 
- aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və digər idarələrə təqdim edilməsi
- ciddi hesabat blanklarının hazırlanması;
- mühasibat uçotunun aparılması;
- uçotun bərpası;
- mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;
- maliyyə hesabatları;
- bank hesablarının açılması;
- bankda köçürülmələrin aparılması;
- vergilərə və DSMF - na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;
- vergilərin və istənilən səviyyəli büdcə yığımı;
- VHF (vergi hesab faktura) vaxtında hesablanması;
- VÖEN ( Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) açılması;
- vergidən gələn məktubların cavablandırılması;
- gömrük rəsmiləşdirilməsi;
- qaimə fakturalarının yazılması;
- kassa kitabının və kassa sənədlərinin hazırlanması;
- kassa və maliyyə intizamına riayət olunması;
- kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
- nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;

məsləhət xidməti;əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;

əmək haqqının hesablanması;

- amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);

- cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi;

                

Təsərrüfat fəaliyyəti haqqında hesabatların hazırlanmasına dair qanunvericilik tələblərinə riayət edilməsini təmin etmək – bu, müxtəlif mülkiyyət növlərinə aid müəssisələrin, firmaların və şirkətlər rəhbərlərinin üzərinə qoyulan məsuliyyətdir. Bu prosesin əsas məqsədi risklərin və xərclərin minimuma endirilməsi, fəaliyyətin effektivliyinin və gəlirliliyin artırılmasıdır. Belə nəticələri yalnız mühasibat, vergi və maliyyə xidmətlərinin effektiv və ahəngdar fəaliyyət göstərməsi halında əldə etmək olar.

 

Malların gömrük rəsmiləşdirməsi və rüsumların ödənilməsi – bunların hamısı gömrükdən keçirmə və ya malların gömrük rəsmiləşdirməsi proseduruna aiddir. Bu xidmətlər gömrük brokeri və ya nümayəndəsi tərəfindən təqdim olunur. Bu şəxs öz sifarişçisinin adından müxtəlif gömrük prosedurlarını həyata keçirmək hüququ olan agent hesab edilir.

Gömrük rəsmiləşdirməsi zamanı deklarant və ya onun agenti malları ixrac və ya idxal edən zaman gömrük əməkdaşına mallar barədə bütün sənədlər və məlumatlarını təqdim edir. Gömrük nəzarətini müvəffəqiyyətlə həyata keçirmək üçün, bütün idxal gömrük rüsumları, vergilər və yığımların ödənilməsi zəruridir.

 

Malların gömrük rəsmiləşdirməsinin bir sıra nüansları vardır;

 

Gömrük idxal ödənişlərinə aşağıdakılar daxildir:

 

-          rüsum,

 

-          ƏDV ödənişi,

 

-          gömrük yığımı və aksiz vergiləri.

 

İxrac ödənişlərinə aşağıdakılar daxildir:

 

-          ixrac rüsumu,

 

-          həmçinin gömrük yığımları.

 

Daimi olaraq ölkə xaricindən malları idxal və ixrac edən şirkətlər gömrük sənədlərinin rəsmiləşdirməsi zamanı çox vaxt itirirlər. Məhz buna görə də kənar, autsorsinq firmalarına müraciət etmək tövsiyə olunur.

 

Müştərilərimizə malların gömrük rəsmiləşdirilməsi, mallar üçün bəyannamələrin tərtib olunması üzrə bütün məsələlər barədə ətraflı məsləhət veririk.

 

bt_bb_section_bottom_section_coverage_image
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın