Hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və dövlət qeydiyyatına alınması.
Qanunvericiliyin daim müasirləşdirilməsi və təkmilləşdirilməsi şəraitində hüquqi normalara riayət etmək və təsərrüfat fəaliyyətini onlara uyğun şəkildə həyata keçirmək kifayət qədər çətindir. Bu sahədə yol verilmiş bircə səhv şirkətə çox baha başa gələ bilər. Ştatda hüquqşünasın olması belə problemlərin olmayacağına zəmanət vermir, istənilən müəssisədə gündəlik problemlər mövduddur ki, mütəxəssis iş vaxtını onların həllinə sərf etməyə vaxt tapmır. Şirkətimiz sizə peşəkar hüquqi xidmətlər təklif edir:
- hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və dövlət qeydiyyatına alınması üzrə xidmətlər;
- hüquqi şəxslərin (xarici hüquqi şəxslərin), onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
- təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
- nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi;
- hüquqi şəxsin yenidən təşkili;
- hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması və s.
- məhkəmədə işin aparılması;
- qərarlara yenidən baxılması və onların ləğvi;
- iddia ərizəsinin tərtib edilməsində və verilməsində köməklik;
- sənədlərin yığılması və qaydaya salınması
- danışıqlar aparılması;
- sənədlər paketlərinin formalaşdırılmasında köməklik;
- Alqı satqı müqaviləsi, icarə müqaviləsi, etibarnamələrin və digər sənəd formalarının hazırlanması;
- bank müəssisəsində maraqların təmsil edilməsi;
Əmək hüquq münasibətləri üzrə:
- əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
- əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
- kollektiv müqavilə və sazişin hazırlanması və zəruri məsləhət, rəylərin verilməsi;
- əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
- əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
- işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
- əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
- fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
- əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.
Şirkətlərin qeydiyyatı;
Müəssisələrin qeydiyyatı qanunvericilik bazasının bilinməsini və vaxt tələb edən bir prosedurdur. Şirkətlərin necə qeydiyyatdan keçiriləcəyi, icazələrin alınmasında bizim professional əməkdaşlarımız sizə kömək edəcək. Göstərilən xidmətlərin yüksək keyfiyyəti, hər müştəriyə fərdi yanaşma və operativlik işimizin uğuruna zəmanət verir. Mütəxəssislərimiz şirkət nizamnaməsi, imza nümunələrini, kiçik və ya böyük şirkətin uğurla qeydiyyatdan keçməsi üçün müvafiq orqanlara verilməsi tələb olunan digər zəruri sənədləri hazırlayır.
Fərdi sahibkarın qeydiyyata alınması;
Fərdi sahibkarın qeydiyyata alınmas proseduru zəhmətli və iş adamları üçün vaxt alan bir prosedurdur. Məhz bu səbəbdən biz uyğun şərtlərlə qarşılıqlı səmərəli əməkdaşlıq təklif edirik. Bütün fiziki şəxslərə, o cümlədən müəssisələri müəyyən edilmiş qaydada ləğv edilməmiş şəxslərə əlimizdən gələn köməyi etməyə hazırıq. Biz, qeydiyyat prosedurunu operativ, peşəkarcasına və səmərəli qiymətlərlə həyata keçirəcəyik, siz isə gündəlik məşğuliyyətdən azad olan vaxtınızı biznesinizin inkişafına ayıra biləcəksiniz.
Təsis sənədlərində dəyişikliklərin edilməsi;
Şirkətimizin yüksək hüquqi bilik ehtiyatına malik olan əməkdaşları istənilən mərhələdə fiziki şəxslərə (onların nümayəndələrinə) təsis sənədlərinə aktual dəyişikliklərin edilməsində köməklik göstərməyə hazırdırlar. Müştəridən tələb olunan; onun üçün tərtib edilmiş təsis sənədlərinə dəyişikliklər edilməsi haqqında ərizəni imzalamaq, qalan işləri isə bizim mütəxəssislərimizə həvalə etməkdir.
Müəssisələrin ləğvi;
Yüksək ixtisas səviyyəsinə malik mütəxəssis kadrlarımızın köməyi ilə müəssisənizin ləğvi hüquqi normalara riayət edilməklə həyata keçiriləcək.
Müqavilələrin tərtibatı;
Sizi müqavilələrin və ya digər hüquqi cəhətdən əhəmiyyətli sənədlərin tərtib edilməsi və yoxlanılması maraqlandırırsa, növündən asılı olmayaraq, biz müştəriyə gələcəkdə heç bir problemə səbəb olmayan müqavilə tərtib etməyə yardım edə bilərik. Bizim hüquqşünaslarımız vasitəsilə müştəri müqavilə şərtlərində sözləşmənin bütün xüsusiyyətlərini, tərəflərin öhdəliklərini və hüquqlarını, eləcə də onun yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir edən digər amilləri təsbit edə bilər.
Bundan başqa, mütəxəssisimiz təqdim edilən müqaviləyə dair aşağıdakı işləri aparacaqdır:
- müştəri üçün problemli məqamları aşkar edəcək;
- müştəri üçün həddən artıq əlverişsiz şərtləri göstərəcək (“şərtlərin ağırlıq” dərəcəsini müəyyən edəcək);
- müqavilələrə müştərinin maraqlarına xidmət etməyə imkan yaradan dəyişikliklərin edilməsi üzrə tövsiyələr verəcək;
Yüksək keyfiyyətli və operativ ekspertiza aparıldıqdan sonra müştəri məhz nəyi imzaladığından, hansı şərtlərə razı olduğundan əmin ola bilər. Bu isə gələcəyə əminlik və öz şəxsi maraqlarına xidmət edilməsi deməkdir.
Miqrasiya xidmətləri;
Miqrasiya ilə bağlı qarşınızda duran istənilən məsələni ən optimal şəkildə həll etməyi üzərimizə götürürük.