Yeni biznes

16.12.2020C&S Group 2072

 

Başlamaqda olan kiçik biznesin tam bir kommersiya qurumuna çevrilənə qədər keçdiyi yola startap deyilir. Sahibkarlar restoran, kafe, gözəllik salonu və ya kiçik stomatologiya ofisi açdıqda onu startap adlandıra bilər. Biznesin bu forması çox yenidir və hələ sona qədər araşdırılmayıb. Ona görə istərdik ki, yeni biznesə başlayanların yararlana biləcəyi nöqtələrə toxunaq...

Startap adi biznesdən nə ilə fərqlənir?

-Startapa kiçik kapitalla başlamaq olar;  fərq ondadır ki, biznesi açmaq üçün tam heyətə ehtiyac var. Heyət tam olmasa da, ofis, çalışacağı bazar, gəlir götürmə yolları - ən əsası isə məhsul hazır olmalıdır. Startaplar isə kiçik bir heyətlə də başlaya bilər. Ola bilər ki, sadəcə bir insanın proyekti olsun. Ofis o qədər də önəmli deyil, çünki planda hələ bir, ya bir neçə il gəlir götürmədən işləmək ola bilər. Bu cəhət startapa başlamadan nəzərə alınmalıdır. Məhsulun isə istifadəçilərin sayını artırmaq, gələcək bazarı yaratmaq üçün ödənişsiz ya da qeydiyyat qarşılığında paylansın. Yetər ki, sizin məhsul əlçatan olsun. Hər bir addım istehsal xərclərinin azalmasına aparmalıdır.

-İnvestor həm də startapın heyətində yer alır; xərclərin çox müxtəlif olmasıyla birlikdə, ilkin kapitalın tapılması yollarında da fərqlər var. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və ya qrantlar hesabına maliyyələşirsə, startaplar isə başlıca olaraq investorlar və sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startupların sonda nə qədər uğur gətirəcəyini öncədən hesablamaq çox çətindir.

Burdan yola çıxsaq, maliyyələşmə kanallarının fərqli olması nəticəsində startaplar başlanılmaqda olan bizneslərlə müqayisədə daha çox dəstək alırlar, çünki işin böyük hissəsi yatırım edərək riskə getmiş investor və sərmayə şirkətlərinin payına düşür.

-Startapların dəqiq düşünülmüş inkişaf planı və qeyri-müəyyən sonu; özəl biznesə başlayarkən öncədən çıxış planı əlinizdə olmaya da bilər. Əgər iş getməzsə, verəcəyiniz qərarlar sizdən asılı olacaq. Ancaq startap üçün investor axtararkən çıxış planının olması şərtdir. Görüləcək işlər, inkişaf strategiyası öncədən planlaşdırılmalıdır. Qarşıya qoyulmuş vaxt ərzində düşünülmüş işlərin aparılması mümkün olmadıqda investor nə edəcək? Bu sualın cavabı sizdə yoxdursa, investor tapmaq çətin olacaq. Qeyd; əgər sizin artıq böyük biznesə çevirdiyiniz startaplar varsa, onları nümunə göstərin.

 

Kimlər startap biznesinə başlaya bilər?

Bəlkə də sizin başladacağınız yeni biznes çoxlarına iş yeri, çıxış yolu və rahatlıq gətirəcək?! Nə üçün özünüzü sınamayasınız? Əgər aşağıdakı xüsusiyyətlər sizdə varsa, əmin olun ki, startaplar tam sizə görədir.

-əgər çalışmaq sizin qanınızdadırsa; yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri həll etmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar bu biznes yolunu seçməlidir.

-məhsul və ya xidmətinizin böyük bazara çıxması gərəkdirsə; startapların başlanmasında ən böyük səbəblərdən biri onun bütün internet istifadəçilərinə çatdırılmasındadır. Əgər kiçik biznesiniz yaxşı gedirsə, onu böyük bir şirkətə çevirmək üçün çıxış yolunu tapın.

-biznesə başlamaq üçün çatışmazlıq varsa; ola bilər ki, dayanmadan çalışmaq, həm də özünüz üçün çalışmaq sizin arzunuzdur. Biznesə başlamaq üçün hazır məhsul, xidmətlər və ya sadəcə planınız var amma risk etmirsiniz. Əlbəttə , biznesə başlamaq üçün sadəcə gözəl ideya ilə işlər həll olunmur. Ortağınız peşəkar marketoloq, proqramçı, ya da bir texnik olarsa çatışmazlığı aradan qaldırmaq asan olar.

-siz innovatorsunuzsa; hər şeyi yeni tapıntıların həll etdiyini deyə bilərik. Buna görə də bütün böyük şirkətlər innovasiyalara böyük pullar ayırır. Onlar uğurlu startapları axtarır və bir neçə il vaxt itirərək onu hazırlamaqdansa işin haqqını ödəyərək startapı almağa hazırdır. Buna görə də yaxşı innovatorun öncədən düşünülmüş çıxış planının olması lazımdır.

Bütün bu keyfiyyətlərdən hansınısa özünüzdə görürsünüzsə mütləq bir startapa başlamaq haqqında düşünməlisiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın