Mühasibatlıq xidməti daxili resurlar (şirkətin mühasib işçiləri) hesabına və ya kənar şirkət vasitəsilə göstərilə bilər. Azərbaycanda, o cümlədən, Bakıda mühasibatlıq xidmətləri təklif edən kifayət qədər sayda mühasib və mühasibatlıq şirkətləri mövcuddur. Belə olan təqdirdə, mühasibatlıq xidmətinin təşkili üçün cəlb ediləcək şirkətin düzgün seçilməsi ən zəruri məqamlardan olur.
Mühasibatlıq xidmətlərinin hansı formada seçimi şirkətin daxili resurslarının mövcudluğu və peşəkarlığından asılı olacaqdır. Kənar mühasibatlıq xidməti və ya mühasibatlıq şirkətinin cəlb edilməsi, peşəkar xidmət almaq imkanı ilə yanaşı belə şirkət üçün məsuliyyət də müəyyən edir. Yəni, mühasibatlıq və ya vergi pozuntuları olduqda işçini maddi məsuliyyətə cəlb etmək çox çətin (praktikada qeyri-mümkün) olur amma mühasibatlıq xidmətləri göstərən şirkət müqavilə şərtlərinə əsasən göstərdiyi xidmətin qüsurlarına görə məsuliyyət daşımalı olur.
Mühasibat xidməti seçimi zamanı aşağıdakılara diqqət yetirilməlidir:
· - Mühasibatlıq xidməti təklif edən şirkətin/şəxsin peşəkarlığı və təcrübəsi;
· - Bir çox hallarda, mühasibatlıq xidmətlərinin peşəkar şəkildə göstərilməsi üçün vergilər üzrə hüquqşünas dəstəyinə ehtiyac olur (Vergi Məcəlləsinin şərhi, sualların aydınlaşdırılması, vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli, uçot sənədlərinin, xüsusilə, müqavilələrinin qanunvericiliyə və şirkətin vergi maraqlarına uyğunluğu və s., üzrə hüquqi dəstək);
· - Əsas və ciddi müştərilərinin siyahısı (Mühasibat uçotu xidməti axtaran şirkətin iş həcmi və əməliyyatlarına oxşar şirkətlərlə iş təcrübəsi, belə şirkətlərin mövcud mühasibatlıq və vergi işlərinin vəziyyəti);
· -Vergi mübahisələrinin həllində təcrübəsi və həll etdiyi vergi məsələləri;
· - Peşəkar nəzəri bilikləri və bu biliklərin təsdiqi (diplom və sertifikatlar);
· - Mütəxəssislərinin sayı və peşəkarlığı (komanda üzvləri olmadıqda, sayı az olduqda və ya qeyri-peşəkar komanda üzvü olduqda iş həcmi artması və ya qəliz vergi məsələlərində təkbaşına həll qeyri-mümkün olacaqdır).
“C&S Group” tam-tərkibli komanda üzvləri ilə birlikdə mühasibat uçotunun qurulması, tam mühasibatlıq və vergi xidmətləri təklif edir. Şirkətimiz Bakıda mühasibatlıq xidmətləri göstərən bir çox şirkətdən fərqli olaraq, mühasibatlıq işini vergi tənzimləməsi çərçivəsində görür və hər zaman vergi hüququ məsləhətləri ilə, habelə, digər zəruri hüquqi risklərlə birlikdə uğurla təşkil edir.