Vergi yoxlamaları zamanı dəstək

20.02.2025C&S Group 1456

 

Vergi yoxlamaları, vergi ödəyicilərinin vergi orqanları tərəfindən kameral və səyyar formada yoxlanması ilə həyata keçirilir. Kameral vergi yoxlamaları yerlərə getmədən vergi orqanının məlumat bazasında olan sənədlər və  məlumatlar əsasında aparılır. Səyyar vergi yoxlamaları isə Dövlət Vergi Xidməti Orqanlarının qərarı əsasnda növbəli və ya növbədənkənar olmaqla aparılır. Vergi yoxlamaları zamanı vergidən yayınma halları, vergi öhdəliklərinin hesablanmasının düzgünlüyü, uçotun qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması yoxlanılır.

Vergi yoxlamaları zamanı peşəkar komanda tərəfindən dəstək önəmlidir. Bu dəstək vergi yoxlamasının hər bir prosessual mərhələsində vergi ödəyicisinə məsləhət dəstəyi, sənədləşmə işində köməklik, vergi orqanları ilə yazışmalar və vergi ödəyicisinin maraqlarının vergi orqanında təmsil olunmasıdır.

Vergi yoxlamaları zamanı dəstək, həm kameral vergi yoxlamaları, həm də vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda vacibdir. Qeyd etməliyik ki, səyyar vergi yoxlaması daha mürəkkəb prosedur olub, əksər hallarda əlavə vergi məbləğinin hesablanmasına yönəlikdir və bu zaman ixtisaslaşmış dəstək daha vacibdir.

Bu zaman şirkətimizin mütəxəssislərimizdən dəstək almaq sizə hansı üstünlükləri qazandırır?

1. Mütəxəssislərimiz vergi orqanları ilə ünsiyyət qurulmasında, o cümlədən vergi yoxlamalarının keçirilməsi üzrə geniş təcrübəyə malikdir. Biz vergi orqanlarının prosedurlarını və səlahiyyət həddini, maddi və prosessual vergi qanunvericiliyini yaxşı bilirik.

2. Vergi orqanlarının tələbi ilə sənədlərin təqdim edilmə müddəti kifayət qədər qısa olduğundan, biz bütün sənədlərin mümkün qədər tez və bütün qanuni tələblərə uyğun hazırlanmasını təmin edirik.

3. İxtisaslı mütəxəssislərin cəlb edilməsi sizə ən az risk və maddi itki ilə vergi yoxlamasını sonlandırmağa imkan verəcək.

Şirkət maraqlarınızın qorunmasını bizə etibar edə bilərsiniz! 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın