Vergi xidməti və hüquq məsləhəti

02.12.2025C&S Group 14

 

Biz, müştərilərimizə mövcud qanunvericiliklə ayaqlaşmaq, vergi öhdəliklərini optimallaşdırmaq və mübahisə yarandığı zaman vergi və digər dövlət orqanları ilə effektiv həll yolları tapmaq məqsədi ilə dolğun vergi və hüquq xidmətləri təqdim edirik. Müfəssəl yerli və beynəlxalq vergi və hüquq xidmətləri sizin işgüzar strategiyalarınızın və məqsədlərinizin kontekstində vergi və hüquqi problemlərinizi həll etməyə kömək edəcək. Biz müştərilərimizi vergi və hüquq sahəsində əhəmiyyətli dəyişikliklər barədə daimi olaraq məlumatlı saxlayırıq və bundan üçün yenilikləri müntəzəm izləyirik.

Bizim vergi və hüquq məsləhəti xidmətlərimiz aşağıdakılardan ibarətdir:

-Azərbaycandakı fəaliyyəti zamanı sizin şirkətinizin rastlaşa biləcəyi gündəlik məsələlərlə bağlı ümumi vergi və hüquq məsləhəti xidmətləri və Azərbaycanın müxtəlif dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı peşəkar dəstək;

-Korporativ, ƏDV, şəxsi və s. vergilərlə bağlı xidmətlər;

-Transfer qiymətqoyma;

-Əmək haqqı üzrə xidmətlər;

-Müxtəlif təşkilati-hüquqi formalara sahib şirkətlərin yaradılması, yenidən təşkili və ləğv edilməsi;

-Mülki-hüquqi müqavilələrin hazırlanması, mövcud müqavilələrə hüquqi rəylərin verilməsi;

-Azadolma sertifikatlarının, fərdi icazələrin və s. alınması;

-Vergi mübahisələrinin həlli;

-Birləşmə və satınalma əməliyyatlarında vergi və hüquq sahələrində dəstək göstərilməsi;

-Vergi və hüquq sahəsində digər xidmətlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın