Vergi ödəyicisinin nəzərinə!

17.02.2023C&S Group 818

 

Hörmətli vergi ödəyiciləri, nəzərinizə çatdırırıq ki, 2023-cü ilin yanvar ayı üzrə aşağıda sadalanan bəyannamələr 20 fevral 2023-cü il tarixindən gec olmayaraq vergi orqanına təqdim olunmalıdır.

2023-cü il yanvar ayı üzrə:

-uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi;

-əlavə dəyər vergisi;

-aksiz;

-yol vergisi;

-mədən vergisi;

-daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;

-pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə sadələşdirilmiş vergi.

Xatırladırıq ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın