Hörmətli vergi ödəyiciləri, nəzərinizə çatdırmaq istərdik ki, 15 mart 2023-cü il tarixi;
-məcburi dövlət sosial sığorta haqqı;
-işsizlikdən sığorta haqqı;
-icbari tibbi sığorta haqqı;
ödənilməsinin son günüdür.
Eyni zamanda 27 mart 2023-cü il tarixi;
-xüsusi notariuslar üzrə gəlir vergisi;
-idman mərc oyunları, lotereyalar, habelə, digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi;
-əlavə dəyər vergisi;
-aksiz;
-yol vergisi;
-mədən vergisi;
-pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi;
-muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;
-sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi;
ödənilməsinin son günüdür.
31 mart 2023-cü il tarixi;
-gəlir vergisi;
-mənfəət vergisi;
-əmlak vergisinin ödənilməsinin son günüdür.
Xatırladırıq ki, qeyd olunan ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.