2023-cü il fevral ayı üzrə ödənilməli olan vergi və sığorta haqları haqqında:
15 fevral 2023-cü il tarixi:
-əmlak vergisi üzrə cari vergi ödəmələri;
-məcburi dövlət sosial sığorta haqqı;
-işsizlikdən sığorta haqqı;
-icbari tibbi sığorta haqlarının ödənilməsinin son günüdür.
Eyni zamanda 20 fevral 2023-cü il tarixi aşağıdakı vergilərin ödənilməsinin son günüdür:
-xüsusi notariuslar üzrə gəlir vergisi;
-idman mərc oyunları, lotereyalar, habelə, digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi;
-əlavə dəyər vergisi;
-aksizlər;
-yol və mədən vergisi;
-pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi;
-muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;
-sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.
Qeyd olunan ödənişlər vaxtında həyata keçirilməyi təqdirdə əlavə faizlər hesablanır.