Vergi məsləhəti xidmətləri

24.11.2026C&S Group 10

 

Vergi məsləhəti xidmətlərinə, fiziki və hüquqi şəxslər üçün maliyyə və vergi problemlərinin təhlili və həll yollarının müəyyən edilməsi, tövsiyələrin verilməsi daxildir. C&S Group şirkətinin peşəkar mütəxəssisləri fiziki və hüquqi şəxsin vergi statusunun maksimum səviyyəyə çatdırılması üçün biznes məqsədlərinin hədəfə yönləndirilmiş addımlara çevrilməsinə yardım edir. Vergi hesablaması və vergi məsləhəti xidmətləri üzrə komandamızın təcrübəsinə aşağıdakı xidmətlərin göstərilməsi yaxud bu istiqamətdə məsləhətlərin verilməsi daxildir :

-gəlir vergisi bəyannaməsi;

-korporativ gəlir vergisinin bəyannaməsi;

-mövcud müəssisələrin və müəssisə aktivlərinin əldə edilməsinin vergi nəticələri;

-korporasiyaların və ortaqlıqların yenidən təşkili;

-şəxsi və korporativ vergi planlaşdırması;

-işçilərin kompensasiyası və mükafatlandırma planlarının hazırlanması da daxil olmaqla, idarəçilər üçün gəlir vergisinin planlaşdırılması;

-gəlirlərin və tutulmaların, sosial sığorta haqlarının, əsas alışların və investisiya qoyuluşlarının vergi təsirinin müəyyən edilməsi;

-dövlət qurumlarında vergi ilə bağlı danışıqlar və mübahisələr zamanı müştərinin maraqlarının təmsil olunması;

-dövlət təftişi və ya daxili təftiş zamanı müştərilərin maraqlarının təmsil olunması;

-icraçılara və qəyyumlara vergi məsləhətinin verilməsi;

-ticarət və gömrük xidmətləri;

-satış qiymətinin araşdırılması və dəyərləndirilməsi, mövcud qaydaların sənədləşdirilməsi və təkmilləşdirilməsi;

-ƏDV pul vəsaitlərindən istifadənin optimallaşdırılması;

-qiymətləndirmə xidmətləri.

Şirkətimizin korporativ vergi komandası əməkdaşlıq etdiyi müəssisələrin Azərbaycanda və beynəlxalq səviyyədə mövcud vergi qaydalarının bütün aspektlərinə əməl etməsinə kömək edərək vergi sahəsində məsləhətlər verir.

Biz, yerli vergi qanunlarını nəzərə almaqla, biznesinizin və xarici biznes maliyyələşdirmənizin strukturlaşdırılması üçün ən səmərəli vergi üsulunun müəyyən edilməsində, effektiv vergi dərəcəsinin idarə edilməsində, əməliyyatlarınızın vaxtının müəyyən edilməsində sizə kömək edir və sizə müvafiq vergi xidmətləri göstəririk. Siz, icra etdiyiniz, lakin qeyri-müəyyən olan əməliyyatları və ya sövdələşmələri bizimlə müzakirə edə bilərsiniz. Mütəxəssislərimiz, vergi risklərini müəyyən edə və onların azaldılması yolunda tövsiyələrini sizə verə bilər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın